Bu şəhərlərdə ictimai nəqliyyatda ödəniş kartlarından istifadə olunacaq
Bizi izləyin

Qırmızı.az

Bu şəhərlərdə ictimai nəqliyyatda ödəniş kartlarından istifadə olunacaq

Avtobuslarda yeni - kartla ödəniş sisteminin Bakı ilə yanaşı, Xırdalan və Sumqayıt şəhərlərində də tətbiqi planlaşdırılır.

Bu barədə Trend-ə "MasterCard" bazasında ödəniş kartlarının buraxılışı ilə məşğul olan "Bank of Azerbaijan" prosessinq mərkəzindən deyiblər.

Mərkəzdən bildiriblər ki, Xırdalan və Sumqayıtda avtobuslarda kart ödəniş sisteminin tətbiqi 2015-ci ilə nəzərdə tutulub: "Bakıda bütün ictimai nəqliyyatda tamamilə kartla ödəniş sisteminə keçidin bu ilin sonunda başa çatdırılması planlaşdırılır. Bu prosesin başa çatması ilə ictimai nəqliyyatda nağdsız ödənişə tam keçid təmin ediləcək".

Mərkəzdən deyiblər ki, Bakıda marşrut avtobuslarında ödəniş kartlarının oxunması üzrə validatorların quraşdırılması işləri hazırda aktiv templə davam edir.

Qeyd edək ki, hazırda Bakıda 2500-dən artıq avtobus fəaliyyət göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm