• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ceyhun Osmanlının MTN-ə çağırılmasına münasibət bildirildi

Ceyhun Osmanlının MTN-ə çağırılmasına münasibət bildirildi

Milli Məclisin deputatı, "İrəli" İctimai Birliyinin keçmiş sədri Ceyhun Osmanlının köməkçisi Aslan Əliyev aprelin 28-də millət vəkili Ceyhun Osmanlı növbəti dəfə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq nazirliyə aparılması barədə yayılan məlumatlara münasibət bildirib.

Deputatın köməkçisi A.Əliyev Publika.az-a açıqlamasında deyib: “Belə şeylərə inanmayın, boş söhbətlərdir. Ayın 28-də ümumiyyətlə biz evdə olmuşuq. Həmin günü qonaqlar gəlmişdi, Ceyhun Osmanlı heç yerə çağırılmayıb, evdə olub”.

Xatırladaq ki, “Qafqazinfo”ya daxil olan məlumata görə, aprelin 28-də millət vəkili Ceyhun Osmanlı növbəti dəfə Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq nazirliyə aparılıb: “Ondan şahid qismində 3 saata yaxın ifadə alındığı qeyd edilir. Məlumatda bildirilir ki, MTN C.Osmanlının Gülən camaatı ilə əlaqələrini, həmçinin onun xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığı barədə yayılmış məlumatları araşdırır. Osmanlının ABŞ fondlarından aldığı yüksək məbləğdə qrantların hansı məqsədlərə yönəldildiyi və necə istifadə olunduğu barədə sorğulandığı deyilir.

Qeyd edilir ki, C.Osmanlının deputat toxunulmazlığının ləğv ediləcəyi və ona qarşı cinayət işinin açılacağı da ehtimal olunur”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR