TQDK “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcək
Bizi izləyin

Qırmızı.az

TQDK “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcək

Rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçiriləcək.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2014-cü il mayın 4-də Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirəcək.

Abituriyentlər “İmtahana buraxılış vərəqəsi” aprelin 29-dan etibarən TQDK-nın internet saytına daxil olaraq çap edirlər. İmtahanda iştirakı nəzərdə tutulan 8215 abituriyentdən 3676 nəfəri oğlan, 4539 nəfəri qızdır.

İmtahanın idarə olunması üçün 61 imtahan rəhbəri, 659 nəzarətçi müəllim ayrılıb. Bakı şəhərində 5367 , Naxçıvanda 27 , Gəncədə 865, Sumqayıtda 524, Şəkidə 357, Ağcabədidə 102, Göyçayda 206, Şirvanda 128, Lənkəranda 134, Xaçmazda isə 505 nəfər abituriyentin imtahan verməsi nəzərdə tutulub.

Abituriyentlər imtahana gələrkən mütləq aşağıdakı sənədləri özü ilə gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsini;

- Şəxsiyyəti təsdiq edən sənədin əslini.

İmtahan bütün şəhərlərdə eyni vaxtda- saat 13:00-da başlanır.

Mayın 4-də keçiriləcək “Azərbaycan dili” fənni üzrə imtahanda “Elektron ərizə”lərini 25 aprel 2014-cü ilə kimi təsdiq etdirmiş rus bölməsinin abituriyentləri iştirak edəcəklər. “Elektron ərizə”lərini 25 aprel 2014-cü il tarixindən sonra təsdiq etdirən rus bölməsi abituriyentləri “Azərbaycan dili” fənni üzrə 2014-cü il iyulun 3-də keçiriləcək növbəti imtahanda iştirak edəcəklər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm