Ukraynada uşaq evi ziyarət olunub
Bizi izləyin

Qırmızı.az

Ukraynada uşaq evi ziyarət olunub

Ukraynada uşaq evi ziyarət olunub

Yeni Nəfəs Hərəkatı Ukrayna Nümayəndəliyi Kopiliv Körpələr evini ziyarət edib.

Görüş Ukrayna dövlətinin aidiyyatı qurumu ilə əməkdaşlıq nəticəsində keçirilib. Körpələrlə görüşən Yeni Nəfəs Hərəkatı Ukrayna Nümayəndəliyinin rəhbəri Xəzri Elxanoğlu, Türkdilli Ölkələr Üzrə Gənclər Birliyinin rəhbəri Ali Kavlak və nümayəndəliyin digər üzvləri kimsəsiz uşaqlarla iki saata yaxın əyləniblər.

Xəzri Elxanoğlu ziyarət üçün onlara şərait yaradan Ukraynanın aidiyyatı qurumlarına, o cümlədən, Kopiliv Körpələr Evinin direktoru Natalya xanıma və müəllim, baxıcı heyətinə minnətdarlığını bildirib.

Təşkilat nümayəndələri uşaqlara müxtəlif geyim, oyuncaqlar və xüsusi hədiyyələr aparıblar. Onlar yeddi yaşını qeyd edən Saşa adlı uşağın şərəfinə tort kəsiblər. Bundan başqa atası azərbaycanlı olan Samir adlı uşağa Azərbaycan-Ukrayna dilində tərcümə kitabı hədiyyə edərək onu xüsusi nəzarətə götürüblər.

X.Elxanoğlu çıxışında görüşün təşkilində dəstəyə görə türk iş adamlarına və özəl olaraq Ali Dəstəyə öz təşəkkürünü bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm