Bakıda mebel mağazası soyuldu
Bizi izləyin

Qırmızı.az

Bakıda mebel mağazası soyuldu

Nərimanov rayonunda mebel mağazasında pul oğurlandı.

Nərimanov rayonunda mebel mağazasında pul oğurlandı.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, bu gün səhər saat 05:00 radələrində şəxsiyyəti məlum olmayan 3 nəfər Nərimanov rayonu ərazisində yerləşən “Röyal” mebel mağazasına giriblər.

Onılar orada işləyən gözətçi İbrahim Quliyevin əllərini və ağızını yapışqanlı lentlə bağlayıb, oranın müdiri Kəmalə Muradovanın iş otağındakı içərisində 20.000 manat olan dəmir seyfi, məişət əşyalarını və nəzarət kamerasının yaddaş kartını götürüblər.

Həmin şəxslər “Mercedes” markalı avtomobillə hadisə yerindən qaçıblar.

Hazırda faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm