“Azərbaycanda sərmayə imkanları” adlı dəyirmi masa keçirilib
Bizi izləyin

Qırmızı.az

“Azərbaycanda sərmayə imkanları” adlı dəyirmi masa keçirilib

Kanadanın Toronto şəhərində Kanada Avrasiya Biznes Assosiasiyasının (CERBA) təşkilatçılığı ilə "Azərbaycanda sərmayə imkanları" adlı dəyirmi masa keçirilmişdir.

Kanadanın Toronto şəhərində Kanada Avrasiya Biznes Assosiasiyasının (CERBA) təşkilatçılığı ilə "Azərbaycanda sərmayə imkanları" adlı dəyirmi masa keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev ölkəmizin iqtisadi potensialı, regionumuzda həyata keçirilən enerji və nəqliyyat layihələri, eləcə də Kanada-Azərbaycan ikitərəfli ticarət əlaqələri barədə təqdimatla çıxış etmişdir.

Səfir F.Şəfiyev eyni zamanda Azərbaycanda investisiya imkanları ilə bağlı iştirakçılara ətraflı məlumat vermişdir.

Tədbirdə iştirak edən bir sıra kanadalı işgüzar adamlar Azərbaycanla biznes əlaqələri və ölkəmizdə həyata keçirilən müxtəlif layihələr barədə öz şəxsi təcrübələrini bölüşmüşlər. Onların fikrincə, Azərbaycan iqtisadi sahədə böyük potensiala malikdir və Kanada şirkətlərini ölkəmizin iqtisadi həyatında iştirak etməyə çağırmışlar.

Habelə, səfir F.Şəfiyev tədbirdə iştirak edən şəxslərin suallarını cavablandırmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm