Nazirlər Kabinetindən növbəti dəyişiklik
Bizi izləyin

Qırmızı.az

Nazirlər Kabinetindən növbəti dəyişiklik

Nazirlər Kabinetindən növbəti dəyişiklik

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” və “Azərbaycan Respublikasının ərazisinə gətirilən, əlavə dəyər vergisindən azad olunan malların siyahısı haqqında” qərarlarında dəyişikliklər edib.

Publika.az verdiyi məlumata görə, dəyişiklik Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təsdiqedici sənədləri əsasında, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətinə xüsusi icazə verilmiş şəxslər tərəfindən idxal edilən, alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə edilməsi sahəsində tətbiq olunan qurğuların, onların istehsalı üçün avadanlıqların hissə və ləvazimatların 10 il müddətinə gömrük rüsumlarından və əlavə dəyər vergisindən azad edilməsi ilə bağlıdır.

Qərar 30 gün sonra qüvvəyə minəcək. Bu qurğuların istehsalı üçün avadanlıqların hissə və ləvazimatlarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısı da müəyyənləşib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm