Tələbələr “Genefondumuzu qoruyaq” layihə keçiriləcək
Bizi izləyin

Qırmızı.az

Tələbələr “Genefondumuzu qoruyaq” layihə keçiriləcək

Tələbələr “Genefondumuzu qoruyaq” layihə keçiriləcək

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə “Genefondumuzu qoruyaq” layihəsi keçiriləcək.

Publika.Az-ın verdiyi xəbərə görə, layihə Fevralın 3-dən 5-dək 2 № li Bakı Tibb Kolleci Tələbə Gəclər Təşkilatının (BTK TGT) təşəbbüsü ilə baş tutacaq.

“Genefondumuzu qoruyaq” layihəsi tələbələrin tibbi biliklərinin artırılması, onların bu sahədə daha kompitent olması üçün nəzərdə tutulub. Nəzərinizə çatdırırıq ki, layihə çərçivəsində iştirakçılara insan orqanizminin genetikası, zədələnmiş genetik kodların orqanizmə mənfi təsiri, geni dəyişdirilmiş qidalar, sağlam qidalanmanın formaları mövzularında təlimlər keçiləcək.

Layihədə iştirak etmək arzusunda olan ixtisasından asılı olmayaraq orta və ali təhsil müəssisələrinin tələbələri bu linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, sonda iştirakçılar sertifikatlarla təltif olunacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm