Şahin Sultanovun oğlu mətbuat konfransı keçirir
Bizi izləyin

Qırmızı.az

Şahin Sultanovun oğlu mətbuat konfransı keçirir

Şahin Sultanovun oğlu mətbuat konfransı keçirir - ÖZƏL

Mayın 2-də saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanovun həbsi ilə əlaqədar mətbuat konfransı keçiriləcək.

Bu barədə Publika.az-a Ş.Sultanovun vəkili Adəm Məmmədov məlumat verib.

Mətbuat konfransında özünün və Şahin Sultanovun bir neçə yaxının iştirak edəcəyini bildirən A.Məmmədov deyib: “Mətbuat konfransında Şahin Sultanovun oğlu Əşrəf Sultanov da iştirak edəcək”.

Qeyd edək ki, mətbuat konfransında Prezident İlham Əliyevə açıq müraciət edilməsi gözlənilir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm