• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Nöqsanaları aradan qaldırmayan təhsil işçiləri cəzalandırılıb

Nöqsanaları aradan qaldırmayan təhsil işçiləri cəzalandırılıb

Təhsil naziri Mikayıl Cabbarovun bölgələrdə görüşləri zamanı yönləndirilən şikayətlərlə bağlı, müvafiq işçi qrupu yaradılıb, bölgələrdə həmin problemləri araşdırır. Nöqsanları aradan qaldırmayan şəxslər cəzalandırılır.

Publika.az-ın məlumatyına görə, bu sözləri Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bu günkü mətbuat konfransında deyib.

Onun sözlərinə görə, aparılan araşdırmalar nəticəsində, müəllimlərin dərs planının düzgün tərtib olunmamasına görə, Siyəzən rayon təhsil şöbəsinin müdirinə, böyük məsləhətçisinə və metodistinə töhmət verilib: “Tərtər rayon Evoğlu kənd məktəbinin direktoru tutduğu vəzifədən azad olunub. Buna səbəb məktəbdə 9-11-ci sinif şagirdlərinin davamiyyəti aşağı olsa da bu barədə jurnallarda qeydiyat aprılmamasıdır. Həmçinin Laçının Ağgöl kənd məktəbində müəllimlərin dərs planının düzgün tərtib olunmaması və sinif jurnallarında səhvlərə yol verdiyinə, işə səhlənkar yanaşdığına görə işdən azad olunub”.

C.Valehov onu da bildirib ki, digər bölgələrdə şagirdlərin dərsə davamiyyətində şikayətlərlə bağlı araşdırma aparılır, işçi qrupu yaradılır. Aparılan araşdırmaların nəticələri yaxın zamanda açıqlanacaq.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR