Azərbaycanlı qız lezbian olduğunu boynuna aldı
Bizi izləyin

Qırmızı.az

Azərbaycanlı qız lezbian olduğunu boynuna aldı

Azərbaycanlı qız lezbian olduğunu boynuna aldı

Onu “Facebook”dan tanıyıram. Adı Nərmindir. 18 yaşı var, tələbədir. Paytaxtdan kənar bir şəhərdə yaşasa da, fərqli düşüncəsi və yazdıqlarıyla insanı heyrətləndirməyə bilmir. Şeirlərinin əsas mövzusu homoseksuallıqdır. Özü də homoseksual olduğunu rahatlıqla etiraf edir.

“Qadın olmamısan, qadınlığa məcbur edilmisən oysa qollarımda əzilsəydi vücudunun zərifliyi, ərisəydi soyuqluğun nəfəslərimdə, o zaman bilərdin qadın olmaq nədir o zaman bilərdin qadınlıq əsarət deyil, əsalətdi səni qadınlıqdan məhrum edənlər səni məndən məhrum edənlərdi…”

- Nərmin, ondan başlayım ki, şeirini oxudum və çox xoşum gəldi. Düzü, çox təsirləndim. 18 yaşında belə gerçək hisslərə sahib olmaq. Özü də qadına sevgi...

- Çox sağ ol. Bəli, fərqli hisslərdi.

- Necə fərqli?

- Yəni əks cinsə deyil, öz cinsindən olan birinə sevgi hissi.

- İlk dəfə bunu hiss edəndə neçə yaşındaydın?

- Əslində, ilk dəfə qızlardan xoşlanmağım lap uşaq yaşlarımdan başlamışdı. Amma tam əmin olmağım 5-ci sinifdə oldu. Bir qıza heyranlıq qarışıq sevgi hiss etməyə başladım. Amma bir qızı, həqiqətən, sevməyim 7-ci sinifdə oxuyanda oldu. Sevgimi ifadə etməyim bir az çətin oldu. Aylarla rədd cavabı aldım. Amma sonunda qarşılıq gördüm.

- İndi də onunla sevgilisən?

- Bu suala cavab verməsəm olar?

- Olar.

- Təşəkkür.

- Homosekualizm və ədəbiyyat… Bunların oxşar, ya da iç-içə olduğu tərəfi varmı?

- Bunlar mənim üçün eynidir. Yazılarımın əksəriyyəti homoseksualizm barədədir. Yəni sanki ilham mənbəyimdi. Bəzən mənə elə gəlir ki, ədəbiyyatın özü homoseksual cümlələrdən ibarətdi.

- Yəni səninçün yazmaq da bir qadınla – həmcinsinlə sevişmək kimidir?

- Bəli, tamamilə düz dedin.

- Çox qadın olub həyatında?

- Bəli, yollarım qadınların ayaq izləriylə doludu. Ünvanımın cəngəlliyində isə ancaq biri azıb.

- Yəni sevdiyin?

- Bəli.

- Sənə yaxın olan qadınlar da homoseksual olub?

- Daha çox biseksuallar olublar…

- Çoxları elə düşünür ki, homoseksuallıq bir xəstəlikdir... Həm də müalicəsi olmayan bir xəstəlik. Səncə, xəstəlikdimi?

- Səhv düşünürlər. Çünki bu xəstəlik və ya seçim deyil, bu, sadəcə, yaradılışdır. Homoseksual insanlar da digər insanlar kimi ağıla və cismə sahibdir. Buna təbiətdə təkcə insanlarda deyil, həm də digər canlılarda rast gəlinir. İnsan bu şəkildə doğulur, bu səkildə də ölür.

- Hətta onların normal insanlar kimi sevə bilmədiklərini, ətrafa və insanlara mənfi enerji ötürdüklərini də düşünənlər var...

- Əslində, ölkəmizdə bu cür düşünənlərə az da olsa haqq vermək olar. Belə ki, bəziləri homoseksuallıqla fahişəliyi səhv salırlar. Yəni qurunun oduna yaş da yanır. Homoseksuallıq dedikdə cəmiyyətin ağlına ilk gələn fahişəlik olur. Cəmiyyəti də qınamaq olmaz. Amma bir məqam da var ki, hamı eyni deyil. Yəni bir homoseksual belə edirsə, bunu hamısına aid etmək olmaz.

- Gerçək olan, yəni fahişəlikdən uzaq olan homoseksuallıq nədir bəs?

- Məncə, cəmiyyətin bizi qəbul etməsi üçün təbliğata öz içimizdən başlamalıyıq. Yəni birinci homolardan. Bizlər əvvəlcə dərk etməliyik ki, homoseksuallıq fahişəlik deyil. Heç kəs fahişə olaraq doğulmaz, bunu özü seçər. Gerçək homoseksuallıq digər insanlar kimi sevmək ve sevilməkdir. Bu hisslərin eyni cinsə qarşı olması insanın saflığını dəyişdirmir. Yəni homoseksual biri də heteroseksuallar kimi yalnız bir insana məxsus olmalıdır.

- Nədən o zaman indiyə kimi həyatında biri yox, çoxlu qadın olub? Üstəlik, 18 yaşda?

- Bu qadınların hamısı eyni anda olmayıb. Həyatımda biri olduğu zaman digər heç kəsə yer verməmişəm. Qısa müddətli münasibətlərin hamısında eyni halla üzləşmişəm. Cəmiyyət qınağı, ailə basqısı və günah anlayışı. Həyatımda azad bir qadın olacaqsa, niyə başqasına ehtiyac duyum ki?

- Allaha inanmadığını deyirsən, içki içirsən, siqaret çəkirsən. Bunun homoseksual olmağınla bir bağlılığı var, yoxsa...

- Xeyr, homoseksuallıq yaradılışımdır, bunlar isə seçimlərim.

- Freyd deyir ki, homoseksuallıq seçimdir, həm də. Onun müalicəsi var, əslində...

- Səncə, 10 yaşımda homoseksual olmağı seçməyim nə dərəcədə məntiqlidir? Əzizim, hər kəs bu barədə fikirlər irəli sürə bilər, real faktlara baxmaq lazımdır, fərziyyələrə yox…

- "Ey şeirlərimin bəkarətini qurban verdiyim qadın…" yazırsan şeirində, sonra da azad bir qadının olmadığını düşünürsən...

- Eyni zamanda "Bir qadın olmamısan, qadınlığa məcbur edilmisən" yazmışam həmin şeirdə.

- Heç homoseksual doğulduğuna görə özünü, ya da yaradılışı, nə bilim, Tanrını günahlandırdığın, ya da peşman olduğun olubmu?

- Hələ yaradılışımı tam dərk etmədiyim zamanlarda, bəli, olub. Əvvəllər buna görə əzab çəkirdim və Tanrını, özümü, qadınları günahlandırırdım. Amma artıq elə deyil.

- Bəs necədi artıq?

- Yaradılışımdan məmnunam, düzdür, əzab çəkirəm, çünki bu cəmiyyətdə yaşamaq çətindir. Amma heç nəyə baxmayaraq, məmnunam halımdan. Rəngarəng dünyam var, seçilirəm, fərqliyəm.

- Bu, bir növ kişi olmaqdır, eləmi?

- Bu, əslində, kişi ruhunun qadın cisminə həbs olunmasıdır…

- Daha çox qadın ruhu hiss edirsən özündə, ya kişi?

- Kişi ruhu hiss edirəm. Bəzən qadına məxsus hisslər də olur. Amma bir kişiyə qarşı deyil…

- Homoseksualların həm də intihara meyilli olduğunu deyirlər. Səndə necə, elədirmi?

- Bunun bir çox səbəbləri var. Əsas səbəblər cəmiyyətin qınağı, ailə basqısı, dinlərin günah anlayışıdır. Eyni zamanda uğursuz sevgi munasibətləri və xəyanətlərdir. Bu saydıqlarım ölkəmiz üçün əsas götürülür. Amma ümumilikdə ən əsas səbəb homoseksualların öz yaradılışlarından əzab çəkmələridir.

- Bax, gəl belə danışaq, niyə sənin hetereoseksual valideynlərin səni belə qəbul etməlidir?

- Bu, onların seçimidir, yəni istəsələr qəbul etməyə bilərlər və eyniylə də mən istəmədiyim təqdirdə onları qəbul etməyə bilərəm. Amma ağlımızı işə salsaq, görərik ki, homo, ya da hetero olmaq bizim seçimimiz deyil və bizdən asılı olmayan bir şey üçün bir-birimizi mühakimə etmək ağılsızlıqdır. Amma yenə də deyirəm, istəmədikləri təqdirdə qəbul etməyə bilərlər. Bu hər kəsə aiddir, amma təhqir və ya zorakılıqla qarşılaşsam, artıq məsələ tam başqa cür olar. Qanuni yolla ailəm belə olsa, bunun cəzasını çəkməlidir.

- Bəs homoseksual ədəbiyyat kimə lazımdı?

- Homeseksuallara ve onlara hörmət edən insanlara .

- Heç ağlından İblisə xidmət etmək keçibmi?

- Qəribə sualdı, xeyr, inanmadığım bir şeyə necə xidmət edə bilərəm ki?

- Axı insan mütləq nəyəsə inanır, ya da inanmaq istəyir...

- Mən bu istəyi çoxdan öldürmüşəm.

- İlk dəfə homoseksual olduğunu hiss edəndəmi?

- Xeyr, dini inancımın homoseksuallıqla əlaqəsi yoxdur.

- Yəni deyirsən, insan doğulanda ya dini inancsız doğulur, ya da dini inancla?

- İnancsız, əlbəttə. İnanc onun doğulduğu mühitə görə sonradan seçilir.

- Nəyəsə inanmadan bəs necə ədəbiyyat yaratmaq və xoşbəxt olmaq olar?

- Özünə inanaraq.

- Yəni özünü Tanrı bilərək?

- Tanrı deyil də, qüdrət sahibi olaraq özünü görmək.

- Homoseksual olmasaydın, homoseksuallara necə münasibət bəslərdin, heç düşündünmü?

- Əlbəttə, düşündüm. Məncə, normal, çünki mən kimisə yaradılışına görə mühakimə etməzdim.

- Bəlkə də, homoseksual olduğunçün belə düşünürsən...

- Bəlkə də, amma inanmıram.

- Şeir yazmasaydın, özünü ən çox nə ilə ifadə etməyə çalışardın, ya da hansı sənətlə?

- Homoseksuallığı təkcə şeirlə deyil, eyni zamanda rəssamlıqla da ifadə etməyə çalışıram. Ümumiyyətlə, homoseksuallığı şeirlərdən daha gözəl ifadə edəcək sənət rəssamlıqdır, çünki hisslərin rəngarəngliyini ancaq rənglər bu qədər gözəl ifadə edə bilər.

- Yəni rəngarəng dünya?

- Bəli, rəngarəng.

- Valideynlərin bilirmi homoseksual olduğunu?

- Anam bilir.

- Bəs atan? Qohumların? Ətrafın?

- Dostlarımın çox hissəsi bilir. Qohumlarımla uzaq olduğum üçün bilmələrini lazım bilmirəm. Atamla isə yaxın zamanda danışmağı düşünürəm.

- Bəs anan necə qarşıladı lezbiyan olduğunu?

- Əlbəttə, "aa nə yaxşı" demədi. Amma çox sərt də olmadı. "Dualar Bobbi üçün" filminə baxdıqdan sonra məni anlaması daha da asan oldu. Bir neçə gün davam edən söhbətlərdən sonra qəbul etdi.

- Yeri gəlmişkən, o filmə mən də baxmışam. Səncə, orda homoseksuallıq çox şişirdilib, ilahiləşdirilməyib ki?

- Xeyr, ilahiləşdirilmə məsələsiylə razılaşmıram. Tam əksinə, günah anlayışıyla bu cür gənclərin həyatlarının necə məhv olduğu göstərilib.

- Sonda cəmiyyətə, insanlara, ya da homoseksuallara nə demək istərdin?

- Cəmiyyətə demək istədiklərim çoxdu, amma qısaca demək istərdim ki, çalışın insanları insan olaraq qiymətləndirin, cinsinə, irqinə, dininə görə deyil. Bir insan üçün vacib olan onun insan olmasıdır. Homoseksuallara isə onu demək istəyirəm ki, əzizlərim, homoseksuallıq fahişəlik deyil, xahiş edirəm, səhv salmayın ki, sonra cəmiyyət də bizi sizlərlə səhv salmasın. Və təmiz hisslərə sahib eşcinsəllərə demək istərdim ki, sevginizə sahib çıxıb xəyallarınızın arxasınca gedin. Bir də bütün insanları qarşılıqsız sevdiyimi demək istərdim.

Gəl, sadəcə, dua edək

Ey mənim əzəli sevgimin əzəli olan qadın…

sən var olmadıqca məndə ətrim qarışmadıqca

ətrinə nəfəsin kəsilmədikcə nəfəslərimdə

barmaqlarım saçlarına kilidlənib

dodaqlarım cığırlar açmadıqca boğazından vücuduna

titrəyişlərim ahlarına qarışmadıqca

vücudunun hər sətrinə yazılmadıqca

şəhvətli sevgimin misraları səslərində

səsi kəsilmədikcə əxlaq dərslərinin

hər orqazmında öldürmədikcə

günahları savablara qatıb hər nəfəs çəkdikcə

sevgimin artışı misilsizləşmədikcə

hər öpüşün izləri qalmadıqca

məhrəmində hər təngnəfəsliyin yeni orqazmları gətirmədikcə

və sən düşmədikcə yorğun vücudunla qollarım üzərinə

qadın ola bilməyəcəksən.

Başqa bir vücudda qadınlıq edəcəksən,

bəlkə başqa vücudda qadın ola bilməyəcəksən.

Sənin qızlığın ancaq bu şairin qollarında can verəcək,

ancaq bu şairin misraları dəfn edəcək onu…

Bu şairin olmadıqca o vücud qocalmış cismində

bakirə bir ruh daşıyacaqsan daima.

Bu şairin qatili olan o ruh

ancaq bu şairin qollarında qətl olacaq...

Qız doğulan bu ruh ancaq bu şairin ruhunda qadın olacaq...

Elə bu şair də səndə nəfəs tapdığı kimi

son nəfəsini vücudunda buraxıb gözlərində dəfn olacaq

Ey şeirlərimin bəkarətini qurban verdiyim qadın…

ey qələmimdə itirib sətirlərdə tapdığım qadın…

ey saçlarında zülmətimi daşıyan qadın…

daşıdığın zülmətin şairiyəm

mən qadının qadına sevgisindən

utanc duymayan şairəm mən…

Axtarışların itirilmiş şairiyəm mən

Saçlarının, azad dodaqlarının dustaq şairiyəm mən

Gözlərinin, lal baxışlarının pəltək şairiyəm mən

Mən həmin şairəm sevgili…

həmin o şair ki, səndən ibarət mən

həmin o şairəm ki, daxili çirkab, xarici aciz zərafət

mən həmin şairəm, qara saçlım,

illər öncəsindəki dəyişkən şair dəyişməyən,

tək şeyi sən olan şair burax misralarımı, q

oy gedim yatım barmaqlarım dolaşır sətirlərinə

burax nəfəslərimi, bax, yoxsa qarışacaq ətrinə bax,

peşman olacaq tanrı da bəlkə, öldürəcək özünü,

tullayacaq çirkli nəşini yer üzünə,

yerdəkilərin üzünə burax məni sevgili,

əsir etmə gözlərində yer üzü tanrısız, vücudumuz paltarsız,

ruhumuzsa vucudsuz qalmamış burax!

Bilirsən necədi, ya da buraxma,

boğ dirənişlərimi hislərində de ki, istəmirəm getməni

xətt çəkib içinə tüpürdüyüm bütün yollara və məsafələrə

qalım yanında axım vücudundan ruhuna

iblislər belə tanıqlıq edə bilməsin gunahımıza

tanrının can çəkişindən göz yaşı töksün mələklər

yağış yağsın, qoy qəlbləri deyil,

yolları təmizləsin gedişlərimin çətinliyi azalar bəlkə qoy şimşək də çaxsın

sən soyunub cəsarətini, qorxu donununu geyin

sonra sığın qollarıma qaçacaq yer axtarsın savablarımız

vicdanımız da etiraz etsin qoy

sən dinləmədən heç nəyi, həzzini yaşa

günahımızın sərxoş gözlərindən

tökülən ehtiras damlalarından

içim ovuc-ovuc şəhvətimin notları izlər qoysun

musiqilərində göyərmiş nahiyələrin qədər dürüst olsun

cəsarətin qorxmadan uzan yatağa qorxmadan aç günah köynəyinin düymələrini

qorxmadan qışqır qorxmadan yapış saçlarımdan

ayaqlarının arasında nəfəssiz qoy dodaqlarında nəfəs ver

sinəndə öldürüb boğazında dirilt

kürəyimdə dırnaqlarınla çək sevgimizin rəsmini

bir də göylərdə can verən tanrını çək

iztirab qışqırtılarını çək

ölüm səsləri qarışsın ehtirasının doğum səslərinə

hər orqazmdan azalan utanc hissini çək,

azalsın azaldıqca taqətin bir də üzünü tutan şeytanı çək ya da burax özünü, ö

lən tanrısına tökdüyü göz yaşlarını çək

qana qarışmiş dırnaqlarının çəkdiyi şah əsərə bax

dişlə dodağını, ahın qarışsın sızıltılarına

kürəyindən tökülüm ayaqlarına

saçlarından dırnaqlarınacan sevgi olan qadına

bir az da şairin sevgisi qarışsın

gəl iztirab saçlım, gəl bu gecə sevişək

insanların qisasını tanrıdan alıb gəl öldürək bu gecə onu..

dirildib sevgini öldürək tanrını...

gəl yorğun düşüb uyuyaq və səhər oyanaq ki,

romanımızın ardını yazmaq lazımdı

bizə kömək edəcək heç kəs yoxdu tanrımız yoxdu

ölü bir tanrımız var, sadəcə insanlar yoxdu

insanlıqdan qalıqlar var, sadəcə yalnız biz varıq.

tanrımız özümüz, dinimiz sevgimiz, ibadətimizsə sevişmək...

müqəddəs olan başqalarından eşitdiklərim deyil, səndə gördüklərimdi...

sevgin kutsaldır, ibadətə tələs deyir durmadan.

Gəl, sadəcə, dua edək...

Əsəd Qaraqaplan

1937.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm