Jurnalist olmaq istəyənlərə vaxt verildi - (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Jurnalist olmaq istəyənlərə vaxt verildi - (YENİLƏNİB)

Orta təhsil bazasında ərizə qəbulunun vaxtı açıqlandı

14:57

Magistraturaya plan yerləri ötən illə müqayisədə 5 % azalıb. Buna görə narahat olmağa əsas yoxdur, çünki ötən il yerlərin müəyyən hissəsi boş qalmışdı.

Belə ki, ötən il 6539 yer ayrılmış, onların 5500 doldu. Bu il isə 6565 yer müəyyən edilib.Azərbaycan Dillər Universiteti və Dövlət İqtisadiyyat Universitetində plan yerlərinin sayı azalıb.

M.Abbaszadə jurnalistika ixtisasının bakalavr pilləsi üzrə seçiminə də toxunub. “Bu ixtisas daxil olmaq istəyənlər ərizələrində bunu qeyd etməli idilər. 370 nəfər ərizəsində bu ixtisası seçdiyini deyib. Amma bu çox azdır. Bu il birinci dəfə tətbiq edildiyindən, biz hələ də abituriyentlərə həftə sonuna qədər jurnalistika ixtisasına qəbul olunmaq istəyənlərə imkan yaradırıq”.

14:25

2014-2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər üçün ərizə qəbulu başa çatıb.

Publika.Az-ın məlumatına görə, aprelin 1-dən 30-a qədər davam edən ərizə qəbulu müddətində 97 min 321 abituriyentin ərizəsi təsdiq edilib. Ərizəsi qəbul edilən abituriyentlərdən 35 min 562-si I ixtisas qrupuna, 23 min 475 nəfəri II ixtisas qrupuna, 26 min 167 nəfəri III ixtisas qrupuna, 12 min 117 nəəfər isə IV ixtisas qrupuna ərizə verib. Qeyd edək ki, ötən il qbul imtahanında iştirak etmək üçün 100 min 683 abituriyentin ərizəsi təsdiq olunmuşdu.

***

Orta təhsil bazasında ərizə qəbulunun vaxtı açıqlandı

Mayın 12-dən ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlanır. Publika.Az-ın məlumatına görə, ərizələrin qəbulu iyunun 12-dək internet vasitsilə aparılacaq. Abituriyentlər gösətərilən müddət ərzində TQDK-nın internet saytının müvafiq səhifəsində (www.eservices.tqdk.gov.az/erizetex) şəxsiyyət vəsiqəsinin sriyasını, nömrəsini və PİN kodunu daxil etməklə qeydiyyatdan keçir, iş nömrəsi və şifr əldə edirlər.

Sonra iş nömrəsi və şifrədən istifadə etməklə “Abituriyentin elektron ərizəsi” formasına daxil olur, onu doldurur və təsdiqini təmin edirlər. Ümumi orta təhsil (9 illik) səviyyəsini Azərbaycan ümumi təhsil müəssisələrində 2013-cü və 2014-cü ildə bitirən abituriyentlər elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarına (SQK) müraciət etmədən elektron ərizə səhifəsindəki müvafiq düyməni basmaqla özləri təsdiq edə bilər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm