15 yaşlı yeniyetmə avtomobillə piyadaları əzdi
Bizi izləyin

Qırmızı.az

15 yaşlı yeniyetmə avtomobillə piyadaları əzdi

Şəmkir rayonunda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Qapanlı kənd sakini 15 yaşlı yeniyetmə atasına məxsus "VAZ 2106" markalı avtomobili icazəsiz sürərək həmyerliləri 15 yaşlı Röyal Məmmədovu və 10 yaşlı Ramin Məmmədovu vurub.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, yaralılar dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Röyal Məmmədovun vəziyyəti ağır olduğundan paytaxt xəstəxanalarından birinə köçürülüb. Digər yaralının müalicəsi isə yerli xəstəxanada davam etdirilir.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm