“Rəhim Qazıyev canlı meyitdi” – Bəxtiyar Sadıqovdan CAVAB
Bizi izləyin

Qırmızı.az

“Rəhim Qazıyev canlı meyitdi” – Bəxtiyar Sadıqovdan CAVAB

“Rəhim Qazıyev canlı meyitdi” – Bəxtiyar Sadıqovdan CAVAB

“Rəhim Qazıyevi “Azərbaycan” qəzetinə yaxın qoymaram gəlsin. Çünki Azərbaycan xalqı ona xain və xəyanətkar kimi baxır. Bu isə artıq sübut olunub”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov sabiq müdafiə naziri Rəhim Qazıyevin onun haqqında söylədiyi fikirlərə cavabında bildirib.

Daha sonra deputat deyib: “Mən Rəhim Qazıyevə cavab vermək, onunla polemikaya girmək istəmirəm. Çünki, bunu etsəm, Rəhim Qazıyev üçün böyük şərəf olar. Ancaq bir məqamı xüsusi vurğulamaq istəyirəm. Şuşanın işğalından sonra Rəhim Qazıyev mənim gözümdə varlıq kimi ölüb. Çünki Rəhim Qazıyev söz vermişdi ki, Şuşa getsə, o da başına güllə çaxacaq. Əsl kişi də dediyi sözünü yerinə yetirər. Rəhim Qazıyev kişilik qanunlarına və verdiyi sözə əməl etmədi. Hesab edirəm ki, Şuşanın işğalı ilə bərabər Rəhim Qazıyev də ölübdür. Hər halda mənim üçün Rəhim Qazıyev canlı meyitdi.Rəhim Qazıyev müharibədə vuruşmamağı mənim başıma qaxınc edir. Ancaq mən müharibə dövründə 3 il “Azərbaycan” və “Həyat” qəzetlərinin Qarabağ üzrə xüsusi müxbiri olmuşam, daim səngərlərdən müharibə reportajları hazırlamışam, döyüşçülərin yanında olmuşam. Mənim şəhidlər və 15 döyüşçü haqqında yazılarım olub. Həmin döyüşçülər sonradan Milli Qəhrəman adına layiq görülüb. Mən ağır günlərdə camaatımın yanında olmuşam, qaçqın şəhərciklərinə baş çəkmişəm. Mən hər zaman da bu hərəkətlərimlə fəxr etmişəm. Mən buradan Rəhim Qazıyev kimilərə tribuna verən “Azadlıq” qəzetinə və digər mətbu orqanlara üzümü tutub deyirəm ki, çalışın səhifənizin təmizliyini qoruyasınız”.

Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun Azərbaycanı tərk etmək istəyərkən geri qaytarılması məsələsinə də toxunan B.Sadıqov deyib: “Leyla Yunus Rəhim Qazıyevin sevimli kadrıdır, onun silahdaşı olub. O vaxtı Leyla Yunus Müdafiə Nazirliyinin mətbuat katibi vəzifəsində işləyirdi. O dövrdə Leyla Yunus hər dəfə xaricə gedən zaman bəyanatlar Azərbaycan əleyhinə verirdi və cəbhədəki döyüşçülərimiz çox hiddətlənirdi. Leyla Yunus Rəhim Qazıyevin səriştəsizliyi səbəbindən çox məsələdən, yəni dövlət sirrindən xəbərdar idi. Mətbuat xidməti nazirlikdə oturmalı və media ilə işləməli idi. Ancaq Leyla Yunus tez-tez cəbhə bölgəsinə və xaricə gedirdi. O vaxtı belə bir söhbət var idi ki. Leyla Yunus hərbi sirləri xaricə aparıb kiməsə verir. Mən Leyla Yunusun hüquq müdafiəçisi kimi də heç bir fəaliyyətini görməmişəm. Çünki hər zaman Leyla Yunus öz siyahısına təmannalı məqsədlərlə terrorçuların adlarını salıb. Onun bütün fəaliyyəti müstəqil Azərbaycan dövlətinin və xalqının maraqlarına qarşı yönəlib”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm