Buraxılış və qəbul imtahanlarının vaxtı açıqlandı
Bizi izləyin

Qırmızı.az

Buraxılış və qəbul imtahanlarının vaxtı açıqlandı

Azərbaycanda keçiriləcək buraxılış və qəbul imtahanlarının vaxtı açıqlanıb.

Publika.az-ın məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, buraxılış imtahanları 1-ci istiqamət üzrə iyunun 8-də, 2-ci istiqamət üzrə iyunun 13-də, 3-cü istiqamət üzrə iyunun 18-də, 4-cü istiqamət üzrə iyunun 24-də keçiriləcək. Eksternat buraxılış imtahanları isə iyunun 29-da keçiriləcək.


Bu ilin məzunları üçün ali məktəblərə qəbul imtahanları I və IV qruplar üzrə iyulun 12-də, II və III qruplar üzrə isə iyulun 20-də keçiriləcək.


Qeyd edək ki, əvvəlki illərin məzunları üçün qəbul imtahanı I və IV ixtisas qrupları üzrə mayın 11-də, II və III qruplar üzrə mayın 18-də keçiriləcək.

Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qəbul imtahanı iyunun 29-da, Orta ixtisas təhsili müəssisələrinə (ümumi orta təhsil bazasında) qabiliyyət tələb edən ixtisaslarına seçmə tur iyulun 2-5-də, ixtisas seçimi iyulun 2-10-da keçiriləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm