"İşğal olunmuş rayonların adları küçələrə qoyulmalıdı" - AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

"İşğal olunmuş rayonların adları küçələrə qoyulmalıdı" - AÇIQLAMA

İşğal olunmuş rayonların adları hər hası şəxsi obyektə deyil, küçələrə qoyulmalıdı

İşğal olunmuş rayonların adları hər hası şəxsi obyektə deyil, küçələrə qoyulmalıdır.

.Bunu Publika.az açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib.

"İşğal olunmuş rayonların adları lazımsız yerlərə qoyulur. Bununla bağlı da heç bir ölçü götürülmür. Şadlıq evinə Şuşa adı verilir. Deyirlər, gülürlər heç veclərinə də deyil ki bura işğal olunmuş rayonun adını daşıyır-“ deyə Cahangir Qocayev əlavə edir.

O hesab edir ki, küçələrə bu adları verməklə, Qarabağ tarixini unutmamış oluruq: "Ölkəyə gələn ziyarətçilər də Xocalı küçəsi deyəndə ermənilərin işğal etdiyi Xocalı şəhərinin olduğunu bilcəklər. Bilməsələr belə biz onlara məlumat verməliyik ki, bu küçənin adı niyə Xocalı və ya Laçındır"- deyə Cahangir Qocayev vurğulayıb.

Cahangir Qocayev onu da qeyd edir ki, indi küçələrə kimin gəldi adını qoyurlar: "Bilinmir ki küçənin adını daşıyan şəxs kimyaçıdır, ya alimdir. Mən təklif edirəm ki, küçənin adını daşıyan şəxsin kimliyi haqqında- yəni hansı statusa sahibdir, qısa da olsa məlumat verilsin".

Gülşanə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm