Hərbi hissələrə Türk dünyasına aid kitablar hədiyyə edildi
Bizi izləyin

Qırmızı.az

Hərbi hissələrə Türk dünyasına aid kitablar hədiyyə edildi

Ön cəbhədəki hərbi hissələrə Türk dünyasına aid çoxlu sayda kitablar hədiyyə edilib.

Tovuzda hərbi hissədə keçirilən tədbirdə millət vəkili Qənirə Paşayeva, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan, TRT Bakı ofisinin rəhbəri Əmrah Timuçin Yazıcı, hərbi hissənin rəhbərliyi, əsgər və hərbçilər iştirak ediblər.

Qənirə Paşayeva çıxışında Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinə ön cəbhədə yerləşən hərbi hissələrimizə ortaq tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız, həqiqətlərimiz, dahi şəxsiyyətlərimiz, böyük qəhrəmanlarımıza aid, Türk dünyasına aid çoxlu sayda kitablar hədiyyə etməsinə görə təşəkkür edib və bildirib ki, bu kitablar əsgər və hərbçilərimiz üçün çox gözəl hədiyyələrdir.

Millət vəkili bir millət iki dövlət olan Azərbaycan və Türkiyə gənclərinin bir-birinə sahiblənmə duyğuları ilə yetişməsi üçün ortaq tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi, böyük şəxsiyyətlərimizi yaxından tanıyıb bilməsinə böyük ehtiyac olduğunu deyib. O, Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinin xətti ilə ölkəmizə müxtəlif mədəniyyət tədbirləri çərçivəsində gələn sənət adamlarının Tovuz kimi ön cəbhə bölgələrində əsgər və hərbçilərimiz qarşısında da müxtəlif konsert və tədbirlərlə çıxış etməsinin vacibliyi barədə danışıb və gələn tədbirlərdə mütləq Tovuzda ön cəbhədə yerləşən hərbi hissələrin nəzərə alınmasını xahiş edib. Millət vəkili Qənirə Paşayeva əsgərlərimizi xalqımızın qəhrəmanlıq yolunu, üzləşdiyi ağrı-acıları, faciələri, bir sözlə dostu-düşməni ayırmağa kömək edən bu cür kitabları oxumağa və öyrənməyə çağırıb.

Hərbi hissə rəhbərliyi çıxış edərək bu cür tədbirlərin, layihələrin önəmindən danışıb və bu işin təşəbbüs və təşkilatçılarına təşəkkürünü bildirib və bu kimi addımların davamlı olmasının önəmini qeyd edib. Əsgərlərimizi bu kitabları oxumağa səsləyən Seyid Əhməd Arslan kitab oxumağın önəmindən danışaraq hər bir gəncimizin tariximizi, mədəniyyətimizi, ədəbiyyatımızı, həqiqətlərimizi oxuyub öyrənməsinin vacib olduğunu deyib. O, eyni zamanda Türkiyədən Azərbaycana gələn sənət qruplarının ön cəbhədə əsgər və hərbçilər üçün tədbirlərlə çıxış etməsi istiqamətində Qənirə Paşayevanın təkliflərini nəzərə alacaqlarını və əllərindən gələn dəstəyi göstərəcəklərini bildirib.

TRT Bakı ofisinin rəhbəri Əmrah Timuçin Yazıcı TRT kanalının hər zaman Azərbaycan həqiqətlərinin təbliği, Qarabağ münaqişəsi ilə bağlı gerçəklərin dünya ictimaiyyətinin diqqətinə daha geniş çatdırılması istiqamətində daim fəaliyyət göstərdiyini, qardaş Azərbaycanın yanında olduğunu deyib. Tovuzda ön cəbhədə hərbi hissələrdə olmaqdan, əsgər və hərbiçilərlə görüşdən məmnunluğunu ifadə edən TRT Bakı ofisinin rəhbəri Tovuz, bu istiqamətdə ön cəbhəmizi qoruyan dəyərli əsgər və hərbiçilərimizlə bağlı da proqramlar hazırlayaraq onların təkcə Türk Dünyasına deyil, dünyanın hər yerinə yayacaqlarını deyib.

Çıxışının sonunda Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslana, TRT Bakı ofisinin rəhbəri Əmrah Timuçin Yazıcı ön cəbhədə hərbi hissədə əsgər və hərbçilərmizlə bu cür tədbirdə iştirak etdiklərinə və hər zaman fəaliyyətlərində Azərbaycanı Türkiyədən ayırmadıqlarını, iki qardaş ölkə arasında əlaqələrin inkişafı üçün çalışdıqlarından ötrü təşəkkür edən millət vəkili Qənirə Paşayeva "inşallah bu cür tədbirlərimizi Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edəcəyimiz gözəl torpaqlarımızda da keçirək".

Sonda Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri Seyid Əhməd Arslan hərbi hissənin rəhbərliyinə və hərbi hissəyə hədiyyələrini təqdim edib. Millət vəkili Qənirə Paşayeva da özünün müəllifi olduğu kitabları əsgər və hərbçilərə hədiyyə edib.

.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm