İlham Əliyev rayonda maşın sürdü
Bizi izləyin

Qırmızı.az

İlham Əliyev rayonda maşın sürdü

Bu gün Ağdaşda Ləki-Pirəzə-Xınaxlı avtomobil yolunun açılışı olub.

Prezident İlham Əliyev açılışda iştirak edib.

Dövlət başçısı yolun texniki göstəricilərini əks etdirən stendə baxıb. Məlumat verilib ki, uzunluğu 34 kilometr olan avtomobil yolunun əsaslı yenidən qurulmasına ötən ilin iyununda başlanılıb. Ləki-Pirəzə-Xınaxlı avtomobil yolu 11 yaşayış məntəqəsini birləşdirir və ümumilikdə, 20 mindən çox əhaliyə xidmət göstərəcək.

Azərbaycan Prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsdi, yeni yolda avtomobili idarə edib.

Sonra İlham Əliyev sakinlərlə görüşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm