• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycanda daha bir ana və körpə ölümü

Azərbaycanda daha bir ana və körpə ölümü

Bu gün Azərbaycanda yenə də doğuş zamanı ana və övladı ölüb.



Hadisə Yevlax rayonunun Xaldan kənd xəstəxanasında baş verib.



Belə ki, Mingəçevir şəhər sakini, 1983-cü il təvəllüdlü Pərvanə Vəli qızı Qurbanova doğuş üçün Xaldan kənd xəstəxanasına gətirilib. Doğuşu həyata keçirən Qiyafət Məmmədova həyata keçirib.



Doğuş təbii üsulla həyata keçirilib. Lakin bu zaman uşaq və ana dünyasını dəyişib.



Məsələ ilə əlaqədar xəstəxananın mamaçası Qiyafət Məmmədova ANS PRESSS-ə bildirib ki, uşaq həddindən artıq böyük olduğu üçün doğuş prosesi ləngiyib. Bu zaman uşaq havasızlıqdan boğulub. Ana isə çox qan itirdiyi üçün ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR