ŞOK: Səməd Vurğunun büstü sındırılıb yerə atıldı - VİDEO
Bizi izləyin

Qırmızı.az

ŞOK: Səməd Vurğunun büstü sındırılıb yerə atıldı - VİDEO

Xaçmazda sakinlər səhəri açar-açmaz şoka düşüblər.

Xaçmazda sakinlər səhəri açar-açmaz şoka düşüblər.

Xalq Şairi Səməd Vurğunun büstü parkda sınmış vəziyyətdə aşkar edilib.

Ayaqlar altına atılmış bu büst mərhum sevimli şairimiz, unudulmaz şairimiz Səməd Vurğunun büstüdür. Bu gecə, yəni aprelin 30-dan mayın 1-ə keçən-gecə, bu büst postamentdən sındırılaraq yerə atılıb. Hansı səbəbdən olduğu bilinmir.

Ətrafda yaşayan sakinlər uzun illərdir dincəldikləri bu parkda bu gün səhər tezdən Səməd Vurğunun büstünü dağılmış vəziyyətdə görüblər. Onsuz da bərbad, təmirsiz, üz-gözü qırıq-qırıq edilmiş büstü yerdə görmək sakinləri əməlli-başlı narahat edib. Onlar bu vandalizmi törədən şəxslərin tapılıb ifşa edilməsini tələb edirlər.

Rayon sakini Mehdi Nəsibovun sözlərinə görə, büst özü uça bilməz, çünki 30 idən çoxdur ki, o, heykəl burdadı, necə ola bilər ki, bu boyda tufanda, qasırğada, qarda uçmadı, indi uçdu.

Azərbaycan poeziyasının unudulmaz nümayəndələrindən biri olan Səməd Vurğunun sındırılmış büstü olan parka gələn Xaçmaz icra nümayəndəsinin müavini Şıxəli Məmmədəv bir neçə ildir Səməd Vurğun parkının uzunmüddətli icarəyə verildiyini dedi. Bildirdi ki, heykəlin uçması xəbərini bizdən eşidib və heykəlin qorunması ilə bağlı bütün məsuliyyəti də həmin icarədar daşıyır.

Şıxəli Məmmədov: “Bu kiminsə, himayəsindədirsə, kiminsə icarəsindədirsə, həmin adam özü baxmalı idi bu parka. Əgər alıbsa, nə məqsədlə bu parkı, mən deyə bilmərəm, tanımıram da kim alıb”.

Şıxəli Məmmədov hesab edir ki, bu faktın yalnız bir sahibkarın laqeydliyi hesab etdiyini söyləyərək dedi ki, Xaçmazda Səməd Vurğunun müasir büstü şəhərdəki Şəxsiyyətlər Muzeyində qoyulub. Qaldı ki, bu dağılmış büstün aqibətinə, Şıxəli Məmmədov abidənin bərpası üçün icarədarla danışıqlar aparılacağını bildirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm