• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

DƏHŞƏT: Bakıda bina evində 20 it saxlayan var - VİDEO

DƏHŞƏT: Bakıda bina evində 20 it saxlayan var - VİDEO

Paytaxtın mərkəzində mənzilində bir sürü it saxlayan tapılıb. Bəli səhv eşitmədiniz, bir yox, bir sürü, amma bilinmir onlara olan həvəsdən, ya maddi maraqdan. Elə bu məqam da qonşuları narazı salıb.


Bağ evində it saxlayan insan görmüşdük, amma bina evində 20 dənə it saxlayan insan görməmişdik. Daha dəqiq desək, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 52 a ünvanında yaşayan qonşular 50 saylı mənzildə yaşayan qonşunun 20 dənə it saxlamasından şikayətlənirlər. Ən çox şikayət edən isə 3-cü mərtəbədə yaşayan Anar Qəhrəmanovdur.

Qonşu deyir ki, evdə pis iydən oturmaq olmur. İti saxlayan qonşunu yalnız bir dəfə görüblər. 17-18 yaşlarında bir oğlan olduğunu dedilər. Öğlanın nənəsilə birlikdə qaldığını deyirlər. Qonşu deyir ki, 5-6 ay olar ki, həmin qonşu sözügedən mənzildə kirayədə qalır. Dəfələrlə həmin mənzilin qapısını döysələr də açan olmayıb.

Bina sakini Anar Qəhrəmanovun sözlərinə görə, evdə səsdən, pis iydən oturmaq olmur: “Bizim evdə balaca uşaq var. Hamısı xəstəlikdir, nə qədər müraciət etsək də hələ heç bir köməyi olmayıb".

Elə biz də sözügedən mənzilə yollandıq, qapını döysək də əvvəlcə açan olmadı. Evdə isə itlərin səsini eşitdik, nəhayət ki, qapının arxasından kiminsə səsini eşitdik. Qapını açmaq istəyimiz isə baş tutmadı.

Başa düşdüm, amma qapı bağlıdır, məndə açar yoxdur, aça bilmərəm.

Hər halda qapını açıb-açmamaq sakinin öz haqqıdır, amma hər halda qapının arxasındakı oğlanın, açar yoxdur deməsi, bizə çox qəribə və gülməli gəldi. Bundan sonra ərazi üzrə Mənzil İstismar Sahəsilə (MİS) əlaqə saxladıq. Mənzil istismar sahəsinin mühəndisi Allahverdi Allahverdiyev elə hadisə yerinə gəldi. Mühəndislə billikdə qapını döydük, bü dəfədə qapını açan olmadı, amma bu dəfəki qapı çalanda itlərin səsini eşitdik.

Mühəndis bildirdi ki, evin sahibi Cəmilə Hacıyeva ilə əlaqə saxladığını dedi. Ev sahibi evində yaşayanların bağ evlərində iti olsa da, amma mənzildə yalnız bir neçə gün iti saxladığını bildirib. Hər bir halda isə şikayətçilərin şikayəti təmin olunacağını söylədi. Amma əgər sakin evdə it saxlayarsa, o zaman müəyyən tədbirlərin görüləcəyini dedi.

Allahverdi Allahverdiyev dedi ki, gərək bununla bağlı baytarlığa müraciət edək: “İdarədən gəlib yoxlasınlar, görək o, itə hansısa dərman vurulubmu?. Bunun üçün ona evdə saxlanılması üçün sənəd verilməlidir”.

MİS mühəndisi məsələnin tezliklə həll olunacağını və qonşuların şikayətinin təmin olunacağına söz verdi.

Ümid edək ki, bundan sonra sakinlər evlərində rahatlıq tapa biləcəklər. Ən azı 20 it qorxusu onları müşayiət etməyəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR