Gəncə Qənnadı fabriki yanır (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Gəncə Qənnadı fabriki yanır (YENİLƏNİB)

Gəncə Qənnadı fabriki yanır

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb.

Məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Gəncə şəhəri, Nizami rayonunda ümumi sahəsi 2400 kv.m olan 4 mərtəbəli Gəncə qənnadı fabrikinin inzibati binasının 3 cü mərtəbəsində 50 kv.m sahədə yanğın hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Yanğının söndürülməsi istiqamətində müvafiq tədbirlər görülür. Əlavə məlumat veriləcək.

10:38

Gəncə Qənnadı fabrikində güclü yanğın başlayıb.

Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, fabrikin 3-cü mərtəbəsində naməlum səbəbdən yaranan alov getdikcə güclənib. Hadisə yerinə FHN-in Gəncə DYMH-nin 5 maşını və canlı qüvvəsi cəlb olunub.

Həyata keçirilən tədbirlərə baxmayaraq hələlik alovu ram etmək mümkün olmayıb. Əksinə yanğın getdikcə güclənir.

Alovu ram etmək üçün tədbirlər davam etdirilir.

Xəbər yenilənir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm