Təbrizdə daşnak silah anbarı aşkar olundu –GİZLİ TARİX
Bizi izləyin

Qırmızı.az

Təbrizdə daşnak silah anbarı aşkar olundu –GİZLİ TARİX

İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Cənubi Azərbaycanda milli azadlıq hərəkatının məchulluruna gün işığı tutan dəyərli ara.dırmasının dərcini davam etdiririk. Tədqiaqtın mənbəşünaslar, iranşünaslar və ümumən Pişəvəri hərəkatı ilə maraqlanan hər ks üç

İstedadlı tədqiqatçı Adıgözəl Məmmədovun Cənubi Azərbaycanda milli azadlıq hərəkatının məchullarına gün işığı tutan dəyərli araşdırmasının dərcini davam etdiririk. Tədqiaqtın mənbəşünaslar, iranşünaslar və ümumən Pişəvəri hərəkatı ilə maraqlanan hər ks üçün maraqlı olacağını düşünürük.

AZƏRB. SSR DÖVLƏT TƏHLÜKƏSİZLİK XALQ KOMİSSARI

POLKOVNİK / KƏRİMOV/

29 sentyabr 1945-ci il

F№1, siy. № 89, iş № 95

Tam məxfi

Təbrizdə daşnak silah anbarının aşkar olunması haqqında

ARAYIŞ

1945-ci il iyul ayının ortalarında Təbrizdə erməni məktəbinin zirzəmisində daşnak silah anbarının mövcudluğu haqqında məlumat daxil oldu.

İlkin yoxlama zamanı bu məlumatlar təsdiqləndi və müəyyən olundu ki, daşnak silah anbarının mövcudluğundan hələ 1944-cü ildə daşnak Bakdalyan və Xalq Partiyasının üzvü David Gevorkyan erməni məktəbinin təmiri zamanı xəbər tutmuş və guya qorxudan heç kimə deməmək qərarına gəlmişdir.

Dindirmə zamanı David Gevorkyan erməni məktəbinin zirzəmisində daşnak silah anbarının olmasını təsdiq edərək bildirib ki, o, bu barədə heç kimə xəbər verməyib və bu silahı Xalq Partiyasının üzvlərinin silahlandırılması üçün istifadə etməyi nəzərdə tutub.

Anbar istənilən vaxt onu başqa yerə köçürmək imkanına malik olan daşnakların nəzarəti altında idi və onlar, sözsüz ki, silahın Xalq Partiyasının əlinə keçməsinə yol verməzdilər.

Həmin il iyul ayının 20-nə keçən gecə əməliyyat keçirilmiş və bizim əməkdaşlar yeri qazıb anbarı aşkar etmişlər. Nəticədə 50.000-dən artıq tüfəng və digər silah üçün patronlar, 4 top panoraması, 19 tüfəng, 23 "Naqan" və "Mauzer" sistemli tapança, 500 kq partlayıcı maddə, 3.000 kapsul-fitil, 25 qumbara və bir sıra top hissələri çıxarılıb götürülmüşdür.

Bəzi məlumatlara görə, bütün bu silahlar 25 il bundan qabaq əldə olunmuş, daşnak hökumətinə məxsus olmuş və Təbrizdəki erməni məktəbi binasının zirzəmisində gizlədilmişdir.

Müəyyən olunub ki, silah anbarının mövcudluğu arxiyepiskop Məlik-Taqiyana da məlum imiş və o, sonradan bizim əməkdaşlarımıza sistematik olaraq daşnakları himayə etdiyini, həmçinin silah və döyüş sursatının saxlanmasında onlara kömək göstərdiyini şəxsən təsdiqləmişdir. Məlik-Tanqiyan son zamanlaradək yeparxiya idarəsinin binasında İraqdan qaçan daşnakarın qoyub getdiyi daşnak ədəbiyyatı kitabxanasına saxlayırmış. 1929-cu ilin məlumatlarına görə, Məlik-Tanqiyan ingilis kəşfiyyatı ilə əlaqəli imiş.

Yuxarıda göstərilən anbarın aşkar olunması ilə əlaqədar olaraq, yerli milliyyətçi dairələr iranlılar və ermənilər arasında milli ədavətin qızışdırılmasına yönəlmiş hər cür mümkün dedi-qodular yaymağa başladılar. Mövcud məlumatlar əsasən, bəzi mollalar erməni kilsəsinin həyətində guya iranlılara qarşı istifadə olunmaq üçün nəzərdə tutulmuş silah anbarının aşkar olunmasına bildirmişlər. Bu zəmində ermənilərin döyülməsi və onların ünvanına hədə-qorxu halları baş vermişdir.

Erməni əhalisi silah anbarının qeyri-qanuni saxlanmasında günahkar olanların məsuliyyətə cəlb olunmasını tələb edərək, daşnakları, xüsusilə də bu silah və döyüş sursatlarını gizlədib saxlayan yeparxiya şurasının rəisi arxiyepiskop Nerses Məlik-Tanqiyanın, zərgər Aykak Kosoyanın, direktor Hayk Əcəmyanın, erməni məktəbinin keçmiş gözətçisi, hazırda tacir olan Ovanes Qabrielyanın və onun oğlu Andronik Qabrielyanın simasında onların Təbrizdə qalan rəhbərlərini ittiham edir.

AZƏRB. SSR DÖVLƏT TƏHLÜKƏSİZLİK XALQ KOMİSSARI

POLKOVNİK /KƏRİMOV/

1 oktyabr 1945-ci il

Adıgözəl Məmmədov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm