• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“I Beynəlxalq Tibb Konqresi” keçirilir

“I Beynəlxalq Tibb Konqresi” keçirilir

Bu gün Azərbaycan Tibb Universitetində Tələbələr və Gənc Həkimlər üçün “I Beynəlxalq Tibb Konqresi”nin açılışı olub.

Ümimmilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilən konfansın açılış mərasimində əvvəlcə Azərbaycan himni səsləndi. Azərbaycan dövlətinin müstəqillik tarixinə, inkişafına həsr olunmuş qısa filmin nümayişindən sonra Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov salamlama nitqi ilə çıxış etdi.

Sonra Tələbə Elmi Cəmiyyəti adından rektor Əhliman Əmiraslanova təşəkkür plaketi təqdim olundu. Konqresin qonaqlarından İstanbul Universitetinin professoru, Tibb Təhsili və Araşdırmaları Mərkəzinin rəhbəri professor Cavit Avci, Rusiyanın Tümen Universitetinin təmsilçisi professor Vitali Bıçkov da Azərbaycan, ölkəmizdəki təhsilin səviyyəsi ilə bağlı fikirlərini bölüşdülər.

Açılış mərasimindən sonra ATU tələbələrinin ifasında klassik musiqi nümunələri səsləndi. Fasilədən sonra konqres işinə start verdi. Tədbirin ilk sessiyasında ATU-nun tələbələri tərəfindən müxtəlif elmi mövzularda araşdırmaların təqdimatı keçirildi. Gənc həkimlərin elmi işləri konqresin sonunda beynəlxalq tərkibli Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək.

İkinci sessiyada isə “Laproskopik üsulla yırtıqların müalicəsi”, ”Yoğun bağırsaqda bədxassəli şişlər”, “2014-cü ildə ateroskleroz” kimi mövzularla əlaqədar mühazirələr səsləndiriləcək. Tələbələr və Gənc Həkimlər üçün “I Beynəlxalq Tibb Konqresi 2 gün davam edəcək. Bu tədbirə dünyanın bir çox ölkələrindən gənc həkimlər və tibb ixtisası üzrə təhsil alan tələbələr qatılıb. Toplantıda tibb sahəsində yeni nailiyyətlər, aparılan son tədqiqatlar haqqında məlumat veriləcək.

Gülşanə Mustafayeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR