Bakıda daha bir yol çökdü
Bizi izləyin

Qırmızı.az

Bakıda daha bir yol çökdü

Bakıda daha bir yol çökdü

Bakıda daha bir yolda baş verən çökmənin səbəbi açıqlanıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, paytaxtın Ağa Nemətulla küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsində yol tunelinin sağ hissəsində kommunikasiya xəttinin tutulması nəticəsində çökmə baş verib.

Onun sözlərinə görə, kanalizasiya xətti tutulduğundan, çirkab suları yolun əsasını yuyub və nəticədə yolun bir hissəsi çöküb.

P.Mürsəliyev bildirib ki, hazırda yolun çökən hissəsi çirkab su ilə dolu olduğundan, çökmənin dərinliyini ölçmək mümkün deyil.

Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, hazırda qəzanın aradan qaldırılması üçün "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri ərazidədirlər.

Qeyd edək ki, bir müddət öncə Nobel prospektində də kommunikasiya xəttinin sızması nəticəsində çökmə baş vermişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm