• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Mütəxəssisdən valideynlərə tövsiyə

Mütəxəssisdən valideynlərə tövsiyə

Azərbaycan Tibb Universitetinin kafedra müdiri valideynləri diqqətli olmağa çağırıb.

Publika.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin ll uşaq xəstəlikləri kafedrasının müdiri Ofelya Əyyubova son vaxtlar uşaqlar arasında daha çox yayılan xəstəliklər barədə məlumat verib və bildirib ki, uşaqlar arasında daha çox qurd və allergik xəstəliklər yayılıb.

"Bunun üçün birinci növbədə gigenik qaydalara riayət olunmalıdır. Əsasən uşaqlar dırnaqlarını yeməklə, gigenik qaydalara əməl etməməklə bu xəstəliyə yoluxurlar. Ümumiyyətlə, valideynlər diqqətli olmalıdırlar. Bunun üçün də valideynlərin maariflənməsi lazımıdır”.-deyə Ofelya Əyyubova vurğulayıb.

Kafedra müdiri qeyd edib ki, Azərbaycanda bu gün doğuş vaxtı ana, uşaq ölümlərinin də sayı artır.

Əyyubova hesab edir ki, doğuş zamanı xüsusi nəzarət olmadıdır ki, bu səhlənkarlığa kimin səbəb olduğu bəlli olsun.

Gülşanə Mustafayeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR