Doktoranturaya qəbulun formatı dəyişdiriləcək
Bizi izləyin

Qırmızı.az

Doktoranturaya qəbulun formatı dəyişdiriləcək

Doktoranturaya qəbulun formatı dəyişdiriləcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisə və təşkilatlarında doktoranturaya qəbulun formatı tamamilə dəyişdiriləcək.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Әlizadə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu ilin sonundan doktorantura ilə bağlı bir sıra islahatlar aparılması planlaşdırılır: "Doktoranturaya qəbulun formatını tamamilə dəyişmək niyyətindəyik. Bunun necə dəyişiləcəyini indi deyə bilmərəm. Çünki bunun üçün müzakirələr, təhlillər, fikir mübadiləsi aparılmalıdır".

A.Әlizadə qeyd edib ki, islahatlar həm qəbul imtahanının məzmununun dəyişdirilməsi, həm də qəbul planının azaldılması ilə bağlı olacaq.

Akademiya prezidenti bildirib ki, gələn il bütün istiqamətlər üzrə doktoranturaya qəbul planı azaldılacaq. Bunda məqsəd kadr hazırlığı işinin keyfiyyətini yüksəltməkdir.

2013-cü il üzrə doktoranturaya qəbulun nəticələrini orta qiymətləndirən A.Әlizadə hesab edir ki, həm magistratura, həm də doktoranturada oxuyan oğlanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi yaxsı olar: "Çünki elmimiz çətinliklərlə üzləşir. Onlar hərbi xidmətə getdikdə elm və təhsili bir qədər unudurlar. Fasilənin yaranması onlara həm psixoloji, həm mənəvi cəhətdən təsir göstərir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm