• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Nazirlik sosial şəbəkələrdəki saxta hesabların bağlanmasına aydınlıq gətirdi

Nazirlik sosial şəbəkələrdəki saxta hesabların bağlanmasına aydınlıq gətirdi

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM)nin "Facebook" sosial şəbəkəsində feyk-akkauntlarla (saxta hesablar) mübarizəyə başlaması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən publika.az-a verilən məlumatda bu xəbərlərin təhrif edilmiş məlumatlar olduğu bildirilib.

“Azərbaycanda internet azaddır və heç bir sosial şəbəkəyə məhdudiyyətlər tətbiq olunmur. Elektron Təhlükəsizlik Mərkəzi mütəmadi olaraq informasiya təhlükəsizliyi sahəsi ilə bağlı cəmiyyətdə maarifləndirmə işlərini həyata keçirir. Bu baxımdan Mərkəz zamanla "Facebook", "YouTube" və s. kimi şəbəkələrdə informasiya təhlükəsizliyi məsələlərinə diqqət yetirilməsi ilə bağlı əhalini maarifləndirmək məqsədilə müxtəlif buklet və broşürlər, məlumat kitabçalarının hazırlanıb paylanılmasını reallaşdırır və gələcəkdə də bu prosesi davam etdirməyi planlaşdırır. Bu kitabçaların bəzi media orqanlarında "nəzarət sənədi" olaraq təqdim olunması qətiyyən düzgün deyil və məlumatın təhrif olunaraq cəmiyyətdə çaşqınlıq yaradılmasıdır".

Qeyd edək ki, bir sıra yerli saytlarda "Azərbaycan "Facebook"da saxta səhifələrlə mübarizəyə başlayır" başlıqlı məlumat dərc olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR