• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Oğlun yoxdursa, kişi deyilsən”

“Oğlun yoxdursa, kişi deyilsən”

Milli Məclisdə yenidən cinsiyyətə görə abort məsələsi gündəmə gətirilib. Parlamentin müzakirəsinə verilməsi gözlənilən “Reproduktiv sağlamlığın qorunması haqqında” qanunla ultrasəs müayinəsi vasitəsilə dölün cinsiyyəti məlum olduqdan sonra abort etdirənlər məsuliyyətə cəlb oluna bilər.

Parlamentdə o da səsləndirilib ki, əksər qadınların dölün qız olması məlum olandan sonra hamiləlikdən imtina etməsi 7 yaşına qədər oğlan və qız uşaqlarının sayında kəskin fərq yaradıb.

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova problemin yaranmasında bütövlükdə cəmiyyəti günahkar bilir: “Bu məsələdə təkcə kişiləri suçlamaq düzgün deyil. Çünki çox vaxt bu addımı qadınların özləri atır.

Azərbaycanda belə bir tendensiya var ki, ailədə mütləq oğlan uşağı olmalıdır. Yaxud qadının oğlu yoxdursa, onu sonsuz hesab edirlər. Kişilərin arasında isə belə bir stereotip var ki, oğlun yoxdursa, kişi deyilsən. Bu halda qıza hamilə olan qadın abort məcburiyyətində qalır.

Fikrimcə, cəmiyyətdə maarifləndirmə aparaq situasiyanı dəyişmək lazımdır. Həmçinin qadınların statusu dəyişmək lazımdır./Teleqraf.com

Xəbər lenti

DAHA ÇOX XƏBƏR