“İttihamlardan xəbərim var” – Rəna Səfərəliyeva DANIŞDI
Bizi izləyin

Qırmızı.az

“İttihamlardan xəbərim var” – Rəna Səfərəliyeva DANIŞDI

“İttihamlardan xəbərim var” – Rəna Səfərəliyeva DANIŞDI

"Transprency International" təşkilatının Azərbaycan milli bölməsi olan "Şəffaflıq Azərbaycan" təşkilatının icraçı direktoru Rəna Səfərəliyeva haqqında səsləndirilən ittihamlara cavab verməkdən imtina edib.

Publika.az-ın əməkdaşı R.Səfərəliyeva ilə telefon əlaqəsi saxlsa da, ancaq o bu məsələ ilə bağlı suala cavab vermək istəmədiyini bildirib. R.Səfərəliyeva deyib: “Mənə qarşı səsləndirilən ittihamlardan xəbərim var, ancaq mən buna telefonla cavab verməyəcəm. Sualınızı yazılı formada göndərin”.

Qeyd edək ki, Publika.az olaraq sözügedən məsələ ilə əlaqədar Rəna Səfərəliyevaya yazılı şəkildə sual göndərilsə də, ancaq buna cavab verilməyib.

Xatırladaq ki, bu gün Milli Məclisin deputatı Azay Quliyev də parlamentdə çıxışında “Şəffaflıq Azərbaycan” təşkilatının hesabatını sərt tənqid edib: “Üzücü, heç bir əsasa və fakta söykənməyən hesabatdır. Bu məqsədyönlüdür və parlamentin nüfuzuna zərbə məqsədilə edilir. Bu gün Rəna Səfərəliyevanın haqqında verilən məlumatlar da təəssüf yaratdı. Bəlli oldu ki, bu,Leyla Yunusla əlaqəlidir. Xalq diplomatiyası bir sıra insanlar tərəfindən istismar edilir. Xalq diplomatiyası adından Azərbaycana qarşı istifadə olunur. Ermənistan QHT-ləri beynəlxalq hüquqa uyğun olaraq erməni hakimiyyətinə söz deyə bilərsə, bəli bu halda işləmək olar. BIz neçə vaxtdır deyirik ki, Dağlıq Qarabağın erməni və Azərbaycan icmasının görüşünü təşkil edin. Amma bunu etmirlər. Çünki bu onlara sərf etmir. Amma Leyla Yunusu xalq diplomatı ediblər".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm