Bakıda qadını döyərək öldürdülər
Bizi izləyin

Qırmızı.az

Bakıda qadını döyərək öldürdülər

Ötən gün Bakının Binəqədi rayonu ərazisində 39 yaşlı qadın öldürülüb.

Binəqədi rayon Polis İdarəsi 5-ci polis bölməsindən verilən məlumata görə, Səttar Bəhlulzadə küçəsi 4 ünvanında Rusiya Federasiyası vətəndaşı, 1975-ci il təvəllüdlü Maya Kominova Asxadova döyülmüş halda xəstəxanaya yerləşdirilib. Onun çənəsinin sındığı bildirilib.

Həkimlərin səyinə baxmayaraq, qadın dünyasını dəyişib. Binəqədi polisinn keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1964-cü il təvəllüdlü Sadiq Məmmədəli oğlu Süleymanov yaxalanıb. O, polisə verdiyi ifadədə qadını döymədiyini, sadəcə bir sillə vurduğunu bildirib./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm