ANS-in jurnalistini Milli Məclisə buraxmadılar - Süjet
Bizi izləyin

Qırmızı.az

ANS-in jurnalistini Milli Məclisə buraxmadılar - Süjet

ANS-in jurnalistini Milli Məclisə buraxmadılar

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasına ANS-in parlament müxbiri buraxılmayıb.

"Qafqazinfo”nun məlumatına görə, operator içəri buraxılsa da, müxbir, tanınmış jurnalist Ləman Ələşrəfqızı parlamentin binasına buraxılmayıb. Ona adının siyahıdan çıxarıldığı bildirilib. Jurnalistə adının niyə siyahıdan çıxarılması isə açıqlanmayıb.

Qeyd edək ki, L.Ələşrəfqızı ötən iclasda deputatların bir-birlərinin, yaxud aparat əməkdaşının deputatların yerinə səs verməsi ilə bağlı tənqidi sujet hazırlamışdı.

Sözügedən süjeti bir daha təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm