• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

"Doğuş zamanı ölənlərin sayı artmaqdadır"

"Doğuş zamanı ölənlərin sayı artmaqdadır"

Ölkələrin təcrübəsini öyrənmək baxımında “I Beynəlxalq Tibb Konqresi” nin keçirilməsi çox önəmlidir.

Bunu Publika.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin ll uşaq xəstəlikləri kafedrasının müdiri Ofelya Əyyubova bildirib. “Azərbaycanda tibb sahəsində təcrübə azdı. Elmi gərək təcrübədən öyrənəsən. Bizim də tibb sahəsində yarana problemlər tərcürbənin olmamasından irəli gəlir. “Azərbaycanda bu gün doğuş vaxtı ana , uşaq, daha sonra hər ikisinin ölümünün sayı artır. Bunun üçün də doğuş zamanı xüsusi nəzarət olmadıdır ki, bu səhlənkarlığa səbəb kim olduğu bəlli olsun”-deyə Ofelya Əyyubova əlavə edir.

“Mən uşaqlarla mütəmadi təmasda oluram. Onlarda daha çox yayılan xəstəlik isə qurd xəstəliyidir. Bunun üçün birinci növbədə gigenik qaydalara riayət olunmalıdır. Əsasən uşaqlar dıraqlarını yeməklə, gigiyenik qaydalara əməl etməməklə bu xəstəliyə yoluxurlar.Bundan başqa daha çox isə uşaqlar arasında allergik xəstəliklər də baş alıb gedir. Ümumiyyətlə, valideynlər diqqətli olmalıdırlar. Bunun üçündə valideynlərin maarifləndirmək lazımıdır”.-deyə Ofelya Əyyubova vurğulayıb.

Gülşanə Mustafayeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR