Qənirə Paşayevadan hepatitlə mübarizədə maraqlı təklif
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayevadan hepatitlə mübarizədə maraqlı təklif

Qənirə Paşayevadan hepatitlə mübarizədə maraqlı təklif

Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünki iclasında Hepatit B və C ilə bağlı xüsusi dövlət proqramının qəbul olunmasını təklif edib.

Publika.az-ın məlumatına görə, millət vəkili ölkəmizdə Hepatit B və C-nin getdikcə artdığını və bunun insan sağlamlığı üçün böyük faciələr açdığını deyib.

Q.Paşayeva bildirib ki, Mərkəzi Neftçilər Xəstəxanasında qaraciyərlə bağlı həyata keçirilən 58 qaraciyər köçürmə, transplantologiya əməliyyatı zamanı aydın olub ki, 58 xəstənin 45%-nin qaraciyərinin bu vəziyyətə düşməsi Hepatit C, təxminən 40% Hepatit B mənşəlidir. Təkcə son həftə Mərkəzi Neftçilər Xəstəxanasının transplantologiya şöbəsində həyata keçirilən qaraciyər köçürmə əməliyyatı zamanı məlum olub ki, xəstələrin 3-nün qaraciyərinin ağır vəziyyətə düşməsinə səbəb Hepatit C olub. Bu əməliyyatların qiyməti isə aşağı və orta əmək haqqlı Azərbaycan vətəndaşı üçün həddindən artıq bahadır.

Millət vəkili bu xəstələrin əməliyyatının 45-60 min manat olmasını əsas gətirərək, dövlət proqramının qəbul olunmasının aktuallığına diqqət çəkib.

Millət vəkili proqramda əksini tapması vacib olan məqamlardan danışıb.

Onun sözlərinə görə, ilk növbədə bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır:

“Əhali arasında Hepatit B-yə qarşı peyvəndin dövlət tərəfindən geniş şəkildə aparılmasına ehtiyac var. Hepatit C ilə bağlı ciddi maarifləndirilmənin genişləndirilməsi və insanların Hepatit C ilə bağlı müəyyən bir müddətdən yoxlamadan keçməsinin təmin edilməsi önəmlidir. Transplantologiya əməliyyatları əlavə dəyər vergisindən (ƏDV) azad olunmalıdır. Qaraciyər köçürmə əməliyyatlarının qiyməti daxilində dərman preparatlarının alınması dövlət tərəfindən təmin edilərsə, əməliyyatların qiyməti xeyli aşağı düşər və ƏDV-dən azad olunmaqla bərabər, əməliyyatın qiymətini 40%-ə qədər azalda bilər. Əhalinin bəzi təbəqələrinə qaraciyər əməliyyatlarının pulsuz və ya yarı qiymətiə aparılması da nəzərə alınmalıdır”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm