Azərbaycanda dindarların saytı bağlandı (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda dindarların saytı bağlandı (YENİLƏNİB)

Azərbaycanda dindarların saytı bağlandı

Sayt qeyri-müəyyən vaxta qədər fəaliyyətini dayandırır. Bu barədə "Faktxeber" saytının redaksiyasından məlumat verilib.

Azərbaycan mediasında kifayət qədər tanınan, gündəm yaratmağı bacaran "Faktxeber.com" saytı 5 illik fəaliyyətindən sonra maliyyə problemlərinə görə fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

Sayt yerli mətbuatda doğru xəbərin ünvanı kimi tanınmış, gündəm məsələlərdə həqiqəti öz izləyicilərinə çatdırmağa səy göstərmişdir.

Ümid edirik ki, "Faktxeber.com" saytının maliyyə problemi qısa zamanda həll olacaq və yenidən Azərbaycan mediasında öz yerini tutacaqdır.

14:57

Azərbaycanda dindarlara məxsus olan faktxeber.com saytı fəaliyyətini dayandırıb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, bu dəqiqələrdə, sayta daxil olmaq mümkün deyil və bildirilir ki, "faktxəbər" fəaliyyətini qeyri-müəyyən vaxta qədər dayandırır!

Qeyd edək ki, dindarlara məxsus olan faktxeber.com İrana meyilli sayt kimi tanınırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm