• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Türkiyəli həkimlər Azərbaycanda (FOTO)

Türkiyəli həkimlər Azərbaycanda (FOTO)

Türk İşbirliyi və İnkişaf Agentliyinin (TİKA) Azərbaycan Tibb Universiteti ilə birgə keçirdiyi “Ana və uşaq sağlamlığına təhlükə yaradan irsi xəstəlikləri” mövzusunda seminar keçirilib.

Seminarın açılışında Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru İbrahim İsayev çıxış edərək ulu öndər Heydər Əliyevin təhsil və səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğıdan söz açıb. Qonaqlara ATU rektoru Əhliman Əmiraslanovun salamlarını çatdıran prorektor seminarın işinə uğurlar diləyib.

TİKA-nın birbaşa tərəfdaşlığı ilə baş tutan tədbirdə süni mayalanma üzrə mütəxəssis operativ dr. Fethiyye Ersan, prof dr. İlham Sezgin, ATU-nun beynəlxalq əlaqələr üzrə şöbə müdiri Rəhimə Qabulova və universitetin digər kafedralarını əməkdaşları iştirak ediblər.

Tələbələr üçün təşkil olunan seminarda Türkiyədən gələn mütəxəssislər öz təcrübələrini paylaşıblar. Tədbir zamanı “Təkrarlayan hamiləlik itkiləri, yanlış obstetrical inkişafı etiologiyası, səbəbləri nələr ola bilər?”, “Uşaq ölümlərinə səbəb olan iris xəstəliklər”, “İrsi xəstəliklərin mövcud olduğu ailələrdə sağlam uşaq dünyaya gətirə bilərmi?” kimi mövzularda mühazirələr səslənib.

İki gün davam edəcək seminar ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunub.

Gülşanə Mustafayeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR