Lənkəran sakini 10 kilo narkotiklə tutuldu
Bizi izləyin

Qırmızı.az

Lənkəran sakini 10 kilo narkotiklə tutuldu

Lənkəran sakini 10 kilo narkotiklə tutuldu

Bakı-Astara magistral yolunun Lənkəran şəhərinə giriş qapısının yaxınlığındakı “Samovarın Yanı” adlanan ərazidə Lənkəran rayonu Göyşaban kənd sakini İbayev Məhərrəm Satulla oğlunun həmkəndlisi Rəhmanov Şöhrət Bəfa oğlu ilə birlikdə gətirdiyi kisədən 9 kiloqram 800 qram narkotik vasitə olan həşiş qətranı aşkar edilərək götürülüb. Bu barədə publika.az-a Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Fakt narkotik vasitələrin gömrük nəzarətindən kənar yolla Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərək ölkəmizə gətirilməsi və realizə ediləcəyi barədə daxil olmuş məlumata əsasən Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində aşkarlanıb.

Həmin fakt üzrə Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanıb.

Lənkəran rayonu Göyşaban kənd sakini İbayev Məhərrəm Satulla oğlu şübhəli şəxs qismində tutulub və ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittiham elan edilərək barəsində Yasamal rayon məhkəməsinin qərarı ilə 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayətin digər iştirakçılarının müəyyən edilməsi məqsədilə zəruri istintaq hərəkətləri davam etdirilir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm