Heydər Əliyevin tərcüməçisi vəfat etdi
Bizi izləyin

Qırmızı.az

Heydər Əliyevin tərcüməçisi vəfat etdi

Tanınmış tərcüməçi Çərkəz Qurbanlı vəfat edib.

Teleqraf.com-un məlumatına görə, mayın 28-də insult keçirən alman dili üzrə mütəxəssis ağır vəziyyətdə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib, süni nəfəs aparatına qoşulub. Həkimlər həmin vaxt beyin qan dövranının pozulduğunu bildiriblər. Çərkəz Qurbanlı uzun müddət ulu öndər Heydər Əliyevin alman dili üzrə tərcüməçisi kimi çalışıb. "Əli və Nino" əsərinin arxivini araşdıran tərcüməçi Azərbaycan Dillər Universitetinində işləyib.

73 yaşlı professorun oğlu isə Qarabağ döyüşlərində şəhid olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm