Tələbələr ARDNŞ-in təqüd proqramı üçün imtahan verəcək
Bizi izləyin

Qırmızı.az

Tələbələr ARDNŞ-in təqüd proqramı üçün imtahan verəcək

Tələbələr ARDNŞ-in təqüd proqramı üçün imtahan verəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mayın 4-də Azərbaycanın ali təhsil müəssisələrinin tələbələri üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi olan test imtahanı keçirəcək.

Publika.az-ın TQDK-nın saytına istinadən verdiyi xəbərə görə, ARDNŞ bu layihəni neft-qaz sənayesi sahəsində savadlı gənc mütəxəssislərin hazırlanması, tələbələri müasir elmi və təcrübi biliklərə yiyələnməyə həvəsləndirmək məqsədilə 2004/2005-ci tədris ilindən etibarən həyata keçirir.

İmtahanda iştirak üçün 1972 nəfər qeydiyyatdan keçib. Test imtahanında tələbələrə məntiqi təfəkkürü yoxlayan 40 test tapşırığı təqdim olunacaq. Bu suallara cavab üçün namizədlərə 1 saat vaxt veriləcək. Səhv cavabların nəticəsi düzgün cavabların nəticəsinə təsir etmir.

İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya həyata keçirəcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm