Suriyadakı erməni terrorçusundan ÇAĞIRIŞ - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Suriyadakı erməni terrorçusundan ÇAĞIRIŞ - FOTOLAR

Suriyadakı erməni terrorçusundan ÇAĞIRIŞ - FOTOLAR

Bu yaxınlarda Suriyanın Türkiyə ilə sərhəddində yerləşən Kesab bölgəsində tərəflər arasında gedən ağır döyüşlərdən sonra həmin bölgənin (bu bölgənin əhalisinin 90 faizi milliyyətçə ermənilər təşkil edir) sakinləri evlərini tərk etməyə məcbur olub.

Publika.az-ın apardığı kiçik araşdırma zamanı maraqlı faktlar ortaya çıxıb. Belə ki, baş verən hadisədən sonra qondarma Dağlıq Qarabağ Respublikasının “deputatı” və Qarabağın işğalı zamanı zamanı gedən döyüşlərdə erməni silahlı birləşmələrinin tərkibində yaxından iştirak etmiş Vaan Bodesyan bəzi kütləvi informasiya vasitələri (KİV) ilə dünya ermənilərinə müraciət edib.

Öz müraciətində Vaan Bodesyan Suriya erməniləri üçün hərbi yardım göstərilməsini vacib sayıb. Hətta, Bodesyan ermənilərin Suriyada kompakt yaşadığı Kesab bölgəsinin qorunması üçün könüllülərdən ibarət hərbi dəstəsinin həmin əraziyə göndərilməsini təşkil edib.

Həmçinin, Vaan Bodesyan bu məqsədlə dünyada yaşayan bütün ermənilərə də müraciət edib və yaratdığı hərbi qruplaşmaya şəxsən özünün rəhbərlik etməsinə hazır olduğunu bəyan edib.

Sözügedən məsələ ilə bağlı araşdırmaları davam etdiririk...

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm