• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

DİN-də kollegiya iclası keçirilib

DİN-də kollegiya iclası keçirilib

Daxili İşlər Nazirliyində (DİN) “Mülkiyyət əleyhinə törədilən cinayətlərin, o cümlədən şəxsi əmlak oğurluqlarının qarşısının alınması və açılması” və “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi” sahəsində görülən işlərin vəziyyətinə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindənmusavat.com-a verilən məlumata görə, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, fəaliyyətin mühüm istiqamətlərini əhatə etdiyini bildirib.

Daha sonra nazir deyib ki, mülkiyyət əleyhinə olan hüquqazidd əməllər respublika üzrə qeydə alınan cinayətlərin orta hesabla 30 faizini təşkil etdiyinə, onların qarşısının alınması, açılması, vətəndaşların hüquqlarının bərpası və dəymiş zərərin ödətdirilməsi sahəsində görülən işlər mühüm əhəmiyyət kəsb etdiyinə görə müvafiq sahədə fəaliyyət gündəlik nəzarətdə olub, kollegiya iclaslarının və əməliyyat müşavirələrinin müzakirəsinə çıxarılaraq bir sıra zəruri qərarlar qəbul edilib.

Müzakirələrdə çıxış edənlər görülmüş işlər, mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə danışıblar.

İclasa yekun vuran nazir gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, eyni zamanda, bəzi ərazi orqanlarında müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edərək müvafiq istiqamətlərdə qısa müddətdə əsaslı dönüş yaradılmasını tələb edib, konkret tapşırıq və tövsiyələrini verib.

R. Usubov gələn il ölkəmizdə Birinci Avropa Olimpiya Oyunlarının keçiriləcəyini xatırladaraq bu möhtəşəm beynəlxalq tədbirin təşkilində Daxili İşlər Nazirliyinin də üzərinə mühüm vəzifələr düşdüyünü, həmin vaxt ictimai qaydanın nümunəvi qorunması və ictimai təhlükəsizliyin etibarlı təmini üçün bütün zəruri tədbirlərin görüləcəyini vurğulayıb.

Nazir vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarına ciddi riayət olunmasının vacibliyini, yol-nəqliyyat hadisələrinin profilaktikasının səmərəliliyinin artırılmasını, daha çox nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə olunması, ötmə qaydalarını pozma və nəqliyyat vasitələrini yüksək sürətlə idarə etmə kimi inzibati xətaların aşkarlanmasına diqqət yetirilməsini tələb edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR