Qobustanda yol qəzası: Sürücü xəsarət alıb
Bizi izləyin

Qırmızı.az

Qobustanda yol qəzası: Sürücü xəsarət alıb

Qobustan rayonu ərazisində baş verən yol qəzasında bir nəfər xəsarət alıb

Qobustan rayonu ərazisində baş verən yol qəzasında bir nəfər xəsarət alıb

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Qobustan rayonu Bakı-Şamaxı avtomobil yolunun 86-cı kilometrliyində “Prado” markalı minik avtomobilinin “Hyundai” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol nəqliyyat qəzası baş verib.

Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, deformasiya uğramış “Hyundai” markalı minik avtomobilinin sürücüsü sıxılmış vəziyyətdə aşkarlanıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 1 nəfər yaralını avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm