Təhsil Nazirliyi: “Bu filmə baxılması üçün məktəblərin texniki imkanları var”
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyi: “Bu filmə baxılması üçün məktəblərin texniki imkanları var”

Təhsil Nazirliyi: “Bu filmə baxılması üçün məktəblərin texniki imkanları var”

“Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi” adlı elmi-kütləvi film artıq təhsil müəssisələrinə paylanmağa başlayıb. Bu barədə Publika.Az-a Təhsil Nazirliyinin Qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

Onun sözlərinə görə, 8 min nüsxə hazırlanan film 4515 ümumtəhsil, eyni zamanda ilk-peşə ixtisas, orta ixtisas və ali təhsil müəssisələrinə paylanılmaqdadır:

“Məktəblərə neçə nüsxə verilməsi dəqiq məlum deyil. Amma düşünürəm ki, məktəblərin həmin filmi çoxaltması problem olmayacaq. Filmlə bağlı tədbirlər planı hazırlanır. Plan əsasında filmin toplu şəklində baxışı keçiriləcək. Həmçinin mediada da bununla bağlı aktiv əlaqənin yaradılması nəzərdə tutulur. Film regional və ümumrespublika yayımı ilə məşğul olan bütün televiziyalar paylanıb”.

C.Valehov təhsil müəssisələrində filmə baxılması üçün texniki imkanların olmasına da münasibət bildirdi. O bu imkanları yaratmağın çətin olmayacağını dedi:

“Məktəblərin əksəriyyətində bu imkanlar var, olmayanların əldə etməsi isə çətin olmayacaq” . Bölgə məktəblərinə gəldikdə isə C.Valehov məktəb rəhbərliyi və müəllimlərin öz işlərini gördüklərini dedi.

Xatırladaq ki, Təhsil Nazirliyinin sifarişi ilə “Oturaq həyat tərzi - sivilizasiyanın xəstəliyi” adlı elmi-kütləvi film Azərbaycan dilinə tərcümə edilib.

Uşaqların Sağlam İnkişafı Naminə Rusiya İttifaqı tərəfindən istehsal olunan filmdə təhsilalanların sağlamlığının qorunması, tədris şəraitindən irəli gələn hərəkətsizliyin uşaqların sağlamlığına zərəri və digər müvafiq məsələlərdən bəhs olunur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm