Bu günün hava proqnozu
Bizi izləyin

Qırmızı.az

Bu günün hava proqnozu

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə bəzi yerlərdə zəif duman olacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə bəzi yerlərdə zəif duman olacağı, gündüz, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Lakin axşam havanın tutqun olacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Temperatur gecə 10-15°, gündüz 20-24° isti, Bakıda gecə 13-15°, gündüz 22-24° isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında, əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Temperatur gecə 9-14°, gündüz 23-28°, bəzi yerlərdə 30° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Temperatur gecə 5-10°, gündüz 15-20° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Temperatur gecə 11-16°, gündüz 23-28° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Temperatur gecə 9-14°, gündüz 20-25° isti olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Temperatur gecə 13-18°, gündüz 23-28°, bəzi yerlərdə 30° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında, əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Temperatur gecə 10-15°, gündüz 21-26° isti, dağlarda gecə 10-14°, gündüz 19-24° isti olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm