Qırmızı.az
Azərbaycanda "Facebook" istifadəçilərinin sayı artıb
2014-cü ilin yanvar-aprel aylarında Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 5,48 faiz artıb.
Trend-in "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə "Facebook" istifadəçilərinin sayı 3,15 faiz artıb.
"Facebook" Azərbaycanda ən populyar sosial şəbəkədir. Onun sosial media bazarında payı 68,63 faizdir.
Hesabat dövründə "Twitter" sosial şəbəkəsinin istifadəçilərinin sayında azalma qeydə alınıb. Bu dövrdə "Twitter"-in payı 22,74 faiz azalaraq 8,97 faiz təşkil edib. Bu da 2013-cü ilin analoji dövr göstəricisindən 23,92 faiz azdır.
Yanvar-apreldə "YouTube" istifadəçilərinin sayı 30,54 faiz artıb. "YouTube"-un Azərbaycanda bazar payı 8,59 faiz təşkil edir. Ötən ilin eyni dövrü ilə müqayisədə "YouTube"-un auditoriyası 33,93 faiz azalıb.
4,15 faiz paya sahib "Tumbir" siyahının dördüncüsüdür.
"Odnoklassniki" sosial şəbəkəsinin istifadəçilərinin sayı 38,91 faiz azalıb. Bu sosial şəbəkənin bazar payı 3,47 faizdir.
Sonrakı yerləri "Pinterest" (2,8 faiz) və "Vkontakte" (1,68 faiz) tuturlar.
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!