
Fövqəladə Hallar Nazirliyində yeni təyinat gerçəkləşib.
Modern.az saytının xəbərinə görə, nazir Kəmaləddin Heydərovun müvafiq əmri ilə Oqtay Bayramov Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətinin yeni rəhbəri təyin olunub.
Qeyd edək ki, Oqtay Bayramov bundan əvvəl bir müddət İctimai
Televiziya və Radio Yayımları Şirkətində baş direktorun
ictimai-siyasi proqramlar üzrə müavini vəzifəsində çalışıb. Daha
öncələr isə uzun müddət AzərTAc-ın Türkiyədəki xüsusi müxbiri
olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin bir neçə gün öncə
işdən çıxarılan sabiq rəhbəri Tural Müseyibov isə FHN-nin Muğan
Regional Mərkəzinin rəis müavini postuna təyin edilib.