Millət vəkili gənclərlə görüşdü
Bizi izləyin

Qırmızı.az

Millət vəkili gənclərlə görüşdü

Qənirə Paşayeva hərbi məktəblərə daxil olmağa çalışan, hərbi yarışların və oyunların qalibləri gənclərlə görüşüb.

“Tovuz hərbi məktəblərə daxil olan gənclərin sayına görə ön sırada olan bir rayondur”, deyən millət vəkili Qənirə Paşayeva hərbi məktəblərə daxil olmağa hazırlaşan gənclərlə, hərbi yarışların və oyunların qalibləri ilə görüşündə "son bir neçə ildə Tovuz rayonundan hərbi məktəblərə daxil olan gənclərin həm sayında, həm də göstəricilərində müsbətə doğru sürətli artım bizim hamımızı sevindirir" deyə bildirib.

“Hər il Tovuzdan hərbi məktəblərə daxil olanların sayının artmasını çox gözəl bir nəticədir”, deyən millət vəkili rayonda gənclər arasında bu istiqamətdə aparılan işin müsbət nəticələr verdiyini vurğulayıb.

“Biz inanırıq ki, gələn illərdə bu istiqamətdə uğurlar daha da çox olacaq”.

Qənirə Paşayeva ölkəmizin Prezidenti və Alli Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun getdikcə daha da gücləndiyini, hərbi məktəblərə fiziki və mənəvi cəhətdən ən sağlam və ən savadlı gənclərimizin üz tutmalarının vacibliyini qeyd edib. Millət vəkili eyni zamanda orta məktəblərdə hərbi dərslərinin keyfiyyətinin daha da yaxşılaşdırılması, gənclərimizin vətənpərvərlik ruhunda böyümələri istiqamətində işlərin daha da artmasının vacibliyini də qeyd edib. Hərbi məktəblərə daxil olmağa hazırlaşan gənclərə uğurlar arzulayan millət vəkili hərbi yarışların və oyunların qalib və iştirakçılarını ölkəmizi daima layiqlə təmsil etməyi və uğurlarının davamlı olmasını arzulayıb. Ermənistanın işğalı altında olan torpaqlarımızı Ali Baş Komandanın rəhbərliyi altında mütləq azad edəcəyimizi deyən Qənirə Paşayeva “hər bir gəncimiz bu istiqamətdə daha çox çalışmalı, dövlətimizin inkişafı üçün daha da çox işləməlidir”, deyə bildirib.

Görüşün sonunda millət vəkili hərbi məktəblərə daxil olmağa hazırlaşan gənclərə, hərbi yarışların və oyunların qaliblərinə müəllifi olduğu kitabları imzası ilə hədiyyə edib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm