Onlar insan əti də yeyirlər - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Onlar insan əti də yeyirlər - ARAŞDIRMA

Onlar insan əti də yeyirlər

Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaqla bu əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının dosenti, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin müdiri Elçin Əhmədov ermənilərin cinayətkar fəaliyyətini tarixi faktlar ilə əsaslandırır.

Bu cinayətkar siyasətin davamlılığını sübut edən fakt ondan ibarətdir ki, təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1907-ci, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən törədilən soyqırım və etnik təmizləmələrə məruz qalıblar. XX əsrdə Azərbaycanın Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran bölgələrində və başqa ərazilərində azərbaycanlıların soyqırımı xüsusi qəddarlıqla həyata keçirilib.

Təbabətdə analoqu olmayan bir xəstəlik mövcuddur. Onun adı "Dövri erməni xəstəliyi"dir. Nə qədər qəribə səslənsə də, bu xəstəliyə yalnız ermənilərdə və ya erməni genlərinə malik olan insanlarda təsadüf olunur. Sindromları tropik qızdırmanı xatırladan, ümumi süstləşməyə, qarın və baş ağrılarına səbəb olan xəstəlik 1930-cu ildən etibarən tibbi ədəbiyyatlara "Maladie Armenienne" (fransızcadan tərcümədə "erməni xəstəliyi") adı ilə daxil olub.

Uzun illər bu problemi araşdıran ABŞ gen mühəndisi doktor Deniel Kasterin fikrincə, bir neçə min il bundan qabaq Afrikanın şimalında, daha dəqiq desək, indiki İraqın və Efiopiyanın ərazilərində analoji genin daşıyıcıları olub və bu xəstəlik onlardan yayılıb. Göründüyü kimi, tibb elmi də dolayısı ilə ermənilərin Qafqaza Şimali Afrikadan gəlmə olduqlarını sübut edir. Belə ki, genlər mutasiyaya uğrasalar da, əsas keyfiyyətlərini hər zaman qoruyub saxlayırlar.

XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağ­­lıq Qarabağ böl­­gə­­sinin hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Fü­zu­li, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları işğal edilib.. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalıb. Bu proses Azərbaycanın işğal olunmuş əra­­zi­lə­rin­dən 1 milyondan çox əhalinin öz doğma torpağından qaç­qın və köçkün düş­məsinə gətirib çıxarıb.

Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunub. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfər azərbaycanlı həlak olub, 100 000 nəfərdən çoxu yaralanıb, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. Eyni zamanda, 1988-1994-cü illərdə dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan tərəfindən ümumilikdə, müxtəlif səpkili 373 terror aktı törədilmişdir ki, nəticədə 1200 nəfər həlak olmuş, 1705 nəfər yaralanıb.

İşğal nəticəsində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyəti olan 9 saray, nadir tarixi əhəmiyyətli 40 min muzey sərvəti və eksponatı, 44 məbəd və 9 məscid dağıdılmış, talan edilmiş və yandırılmışdır. Sonadək dəqiqləşdirilməmiş məlumata görə, mənəvi-psixoloji zərbələrdən əlavə, Azərbaycan iqtisadiyyatına təxminən 300 milyard ABŞ dollarından çox ziyan dəymişdir. Ermənilər elan olunmamış müharibəyə başlamaqla həm təbiətə, həm insanlara, həm də gələcəyə zərbə vurmuş oldular. Buna yırtıcılıqdan başqa heç bir ad vermək olmaz. Göründüyü kimi, yırtıcılıq "Dövri erməni xəstəliyi"nin sindromlarından biridir.

Qədim Alban dəyərlərinə "sahib çıxan" ermənilər "dünyada xristianlığı qəbul etmiş ilk dövlət" olduqlarını deyirlər. Bununla da həm dərin tarixi köklərə malik olduqlarını, həm də Tanrıya yaxın olduqlarını göstərmək istəyirlər. Halbuki, "Ermənistan" sözü qədim türk-alban tayfalarının adından götürülüb və "er" kişi, "mən" şəxs əvəzliyi, "stan" isə məkan mənasını verir. Heç təsadüfi deyil ki, ermənilər özlərini "hay" adlandırırlar, dövlətlərini isə Hayastan. Başqasının mədəniyyətini özününkü kimi təqdim etmək, tarixi saxtalaşdırmaq "Dövri erməni xəstəliyi"nin xüsusiyyətlərindən biridir.

Ermənilər bizim milli xörəkləri da öz adlarına çıxırlar. Eyni qaydada milli musiqilərimiz və rəqslərimiz də oğurlanıb. Türk təxəyyülünün məhsulu olan xalq mahnılarımız heç bir səbəb göstərilmədən erməni musiqisinin nümunələri kimi təqdim olunur. Bu musiqilərin ritmi əsasında qurulan rəqslərimiz də eyni üsulla haylaşdırılıb. Deməli, oğurluq da "Dövri erməni xəstəliyi"nin növbəti sindromudur.

Bugünkü Ermənistan Respublikası hüquqi cəhətdən müstəqil dövlət sayılsa da, faktiki cəhətdən Rusiyanın səfalət içərisində yaşayan bir əyalətidir. Başqasının torpaqlarını özünə vətən edə bilməyən ermənilər bugünkü dövlətlərini qoyub qaçırlar. Yerdə qalanlar isə cinayətkar rəhbərliyin tapdağı altında qalıblar.

Təcavüzkar dövlətdə yaşamaq uğrunda mübarizə aparan əhali cinayətkar rejimin qanunları ilə idarə olunur. Bunu ən yaxşı halda kriminal qanun adlandırmaq olar. Bu da dövri erməni xəstəliyinin növbəti sindromudur.

Xəstə insanlarıı müalicə etmək lazımdır, yoxsa o, başqasını da yoluxduracaq və ya öldürəcək. "Dövri erməni xəstəliyi"nə düçar olmuş qonşu milləti müalicə etmək lazımdır. Bunun üçün vaxtında onlara bu xəstəliyə qarşı vaksinlər vurmaq lazımdır.

Gülşanə Mustafayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm