• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə minik avtomobilləri verildi

Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə minik avtomobilləri verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə minik avtomobilləri verildi

Son bir ayda 400 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlili avtomobillə təmin olunub.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 23 dekabr 2013-cü il tarixli Sərəncamının icrası işlərinin davamı olaraq, mayın 3-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbədə dayanmış daha 100 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə “Naz-Lifan” markalı minik avtomobilləri verilib. Beləliklə, son bir ayda cari ilin əvvəlinədək növbədə olan 675 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilindən artıq 400 nəfəri avtomobillə təmin olunub, qalan şəxslər isə bu ayın sonuna qədər avtomobillə təmin olunacaq. Ümumilikdə isə indiyədək Azərbaycanda 4206 nəfər əlilliliyi olan şəxsə dövlət tərəfindən minik avtomobili verilib.

Avtomobillərin verilməsi zamanı qeyd olunub ki, iki gün öncə, aprelin 30-da möhtərəm dövlət başçımız tərəfindən imzalanan Sərəncamlar sosial cəhətdən həssas əhali qruplarının rifah halının yaxşılaşdırılmasına göstərilən Prezident qayğısının daim artmaqda olduğunu təsdiq edir. Eyni zamanda, “1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqındaSərəncam imzalanması digər kateqoriyalardan olan əlillərin də xüsusi nəqliyyat vasitələri ilə təminatında yeni mühüm irəliləyişə təminat verir. Bu Sərəncama əsasən, cari ilin əvvəlinədək növbəyə dayanmış Böyük Vətən müharibəsi, Çernobıl və hərbi xidmət əlillərinin də qısa müddətdə avtomobillə tam təmin olunması həyata keçiriləcək.

Yeni minik avtomobili alan Qarabağ müharibəsi və 20 Yanvar əlilləri Azərbaycanın dinamik və hərtərəfli tərəqqisi proseslərinin əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri ilə müşaiyət olunduğunu vurğulayıblar. Onlar əlilliyi olan şəxslərin maddi təminatı, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, onların cəmiyyətə inteqrasiyası istiqamətində görülən ardıcıl işlərə görə dövlətimizin rəhbərinə minnətdarlıqlarını bildiriblər.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR