Sabah yağış yağacaq
Bizi izləyin

Qırmızı.az

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Sabah Azərbaycanın bəzi yerlərində qIsamüddətli yağış yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan publika.az-a bildirib ki, mayın 4-də Bakıda və Abşeron yarımadasında gecə və səhər saatlarında havanın tutulacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər yağışın tədricən kəsiləcəyi, havanın gün ərzində dəyişkən buludlu olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 10-15, gündüz 20-24 dərəcə isti olacaq.

Mayın 4-də Azərbaycanın bölgələrinin bəzi yerlərində şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 11-16, gündüz 22-28, dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti proqnozlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm